Icma.az
close
up
RU
Azərbaycanın ŞƏT də yüksələn rolu və Çin amilinin önəmi Deputat AÇIQLADI

Azərbaycanın ŞƏT də yüksələn rolu və Çin amilinin önəmi Deputat AÇIQLADI

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çin sədri Si Cinpin Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olması üçün dəstəklədiyini bildirib. O, Azərbaycanla ikitərəfli əməkdaşlığı davam etdirmək və Qlobal Cənubun maraqlarını qorumağa töhfə verməyə hazır olduqlarını vurğulayıb. Hazırda Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaşdır və müşahidəçi statusu üçün rəsmi müraciət edib.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlüyü regionda ticarət, investisiya və enerji əməkdaşlığı üçün hansı iqtisadi imkanlar və çağırışlar yarada bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli bildirdi ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 15 iyun 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan tərəfindən təsis edilmiş beynəlxalq təşkilatdır:

"Hindistan və Pakistan bu təşkilata 9 iyun 2017-ci ildə, İran 4 iyul 2023-cü ildə, Belarus isə 4 iyul 2024-cü ildə üzv olub. ŞƏT-də Əfqanistan və Monqolustan müşahidəçi, Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Ermənistan, Misir, Səudiyyə Ərəbistanı, Qətər, Bahreyn, Maldiv Respublikası, Myanma, BƏƏ, Küveyt və Şri-Lanka isə Dialoq üzrə tərəfdaş ölkələrdir.
ŞƏT-in əsas məqsədləri arasında mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın güclənməsi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi, terrorizm, separatizm, ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə, siyasi, iqtisadi, ticarət, ekoloji, mədəni, elmi-texniki, təhsil, enerji, nəqliyyat, maliyyə-kredit və ümumi maraq doğuran digər sahələrdə səmərəli əməkdaşlığın təşviq edilməsi və sair bu kimi məsələlər xüsusi yer tutur.
Azərbaycan öz fəaliyyətində çoxşaxəli əməkdaşlıq siyasəyinə üstünlük verir. Bu kontekstdə beynəlxalq və regional təşkilatlarda fəal iştirak edən Azərbaycanın son illər ŞƏT ilə əlaqələri genişlənir. Bu işdə Çinin Azərbaycanla münasibətlərindəki müsbət dinamika aparıcı rol oynayır. ŞƏT-in 2015-ci ilin iyulunda Ufada keçirilən Zirvə görüşündə Azərbaycana dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar qəbul edilib. Azərbaycanla ŞƏT arasında mövcud əməkdaşlıq sahələri 2016-cı ildə tərəflər arasında imzalanmış memorandumda öz əksini tapıb. Azərbaycan ŞƏT-də müşahidəçi statusu üçün rəsmi müraciət edib".

Deputat əlavə etdi ki, ŞƏT-də Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Pakistan, Belarus kimi Azərbaycanla qarşılıqlı hörmət və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan kifayət qədər isti və konstruktiv münasibətləri olan ölkələr, Çin kimi əməkdaşlıq münasibətləri artan xəttlə inkişaf edən ölkə ilə yanaşı, Azərbaycana münasibətdə açıq düşmənçılık yolu tutmuş Hindistan və son vaxtlar münasibətlər korlanmış Rusiya kimi dövlət də var ki, onların Azərbaycana münasibəti ölkəmizin ŞƏT-də olub-olmamasından yox, həmin dövlətlərin mahiyytindən, ambisiyasından, xislətlərindən və digər amillərdən asılıdır:

"Ona görə də təbii surətdə Azərbaycanın ŞƏT-lə münasibətlərində ənənəvi münsibətləri olan ölkələrdən əlavə Çinlə olan əməkdaşlıq münasibətləri daha böyük çəkiyə malikdir, getdikcə də artacaq və ağırlıq mərkəzi bu yöndə olacaq. Azərbaycan Prezidentinin bu ilin aprelində Çinə olan dövlət səfəri və budəfəki səfəri göstərdi ki, iki dövlətin başçılarının əsasında formalaşmış sıx dialoq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Çin əməkdaşlığının dərinləşməsində mühüm rol oynayır. Səfər zamanı müzakirə olunan məsələlərin dairəsi və məzmunu göstərir ki, Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlardır".

Müsahibimiz əlavə etdi ki, Çin bütün sahə və istiqamətlərdə Azərbaycanla hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin genişləndirmək və dərinləşdirməkdə çox maraqlıdır.

"İki ölkə arasındakı əlaqələr qarşılıqlı etimad əsasında inkişaf edir, sağlam və sabit inkişaf dinamikası qoruyub saxlamaqla, son illər həm də geniş vüsət almağa başlayıb. Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Azərbaycanla Çin arasında ticari-iqtisadi, sənaye, investisiya və digər sahalərdə əməkdaşlıq getdikcə daha çox dərəcədə genişlənir və dərinləşir. Bu özünü ticarət əlaqələrinin dinamikasında daha əyani göstərir. Əgər 2018-ci ildə Azərbaycanla Çinin xarici ticarət dövriyyəsi 1,3 milyard dollar idisə, ötən il 3,7 milyard dolları ötüb. Bu da müvafiq surətdə 2018-ci illə müqayisədə 2,4 milyard dollar və ya 2,4 dəfə çoxdur. Təkcə ötən ildə ticarət dövriyyəsinə 2023-cü illə müqayisdə 21 faizə yaxın artım olub. Bu cür yüksək dinamika nəticəsində Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Əgər 2018-ci ildə Çin Azərbaycanın 6-cı ticarət tərəfdaşı idisə, indi 4-cü iri ticarət tərəfdaşıdır. İdxalımızda isə Çin 2018-2022-ci illərdəki 3-cü, 2023-cü ildəki 2-ci yerdən 2024-cü ildə 1-ci mövqeyə keçib. Azərbaycanın xarici ticarət dövriyyəsində Çinin payı 8 faizə çatıb, idxlımızdakı payı isə 18 faizə yaxın  olub. Bu rəqəmlərin müqayisəsi göstərir ki, son illərdə ticari-iqtisadi sahədə artan xətlə davam edən əməkdaşlığın möhkəm əsası qoyulub. Bu, digər sahə və istiqamətlərdə də əlaqələrin genişlənməsinin möhkəm bazası kimi çıxış edir.

Digər tərəfdən isə Azərbaycanın coğrafi mövqeyi, iqtisadi potensialı, nəqliyyat-logistika infrastrukturu və digər keyfiyyətləri ölkəmizi ŞƏT üçün cazibədar edir və bu qurum üçün vacib tərəfdaşa çevirib. Bütün bunlar göstırir ki, ŞƏT-lə əməkdaşlığını inkişaf etdirən Azərbaycan bu qurumdakı statusunu yüksəltmək niyyətindədir.
Bu kontekstdə Azərbaycanın ŞƏT-lə münsibətlərinin əsas məqamları və perspektivləri Azərbaycan Prezidentinin Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüş zamanı çıxışında daha əyanı şəkildə öz əksini tapıb", - deyə Əli Məsimli yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Sentyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri