Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Azərbaycanın strateji rolu dünya gündəmində

Azərbaycanın strateji rolu dünya gündəmində

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın strateji rolu dünya gündəmində

İsrail mətbuatının verdiyi xəbərə görə, Azərbaycan “Avraahamrazılaşması”na qoşula bilər, bu da regiondakı siyasi münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu göstərir.

"The Jerusalem Post"-un məlumatına görə, Azərbaycanın Prezidentinin köməkçisi Hikmət Hacıyev İsraildə Baş nazir Benyamin Netanyahu ilə əhəmiyyətli danışıqlar aparıb. Bu görüş, İsrail və ABŞ arasında baş tutmuş strateji dialoqdan yalnız 48 saat sonra baş verib və Azərbaycanın “Avraahamrazılaşması”na daxil olma ehtimalının artdığını göstərir. “Avraaham razılaşması” 2020-2021-ci illərdə İsrailin ərəb ölkələri ilə bağladığı normallaşma müqavilələridir.

Bu müqavilələr ilk növbədə BƏƏ, Bəhreyn, Mərakeş və Sudanı əhatə edib. Lakin Azərbaycanın İsraillə olan əlaqələri burada xüsusi bir vəziyyət yaradır. Çünki Azərbaycan heç vaxt İsraillə münaqişəyə girməyib, beləliklə, burada söhbət sadəcə olaraq mövcud olan əlaqələrin yeni bir səviyyəyə daşınmasından gedir. 

Azərbaycanın strateji rolu 

Azərbaycan İsrail ilə uzun illərdir ki, güclü əməkdaşlıq edir. İsrailli rəsmilərin dediyinə görə, Azərbaycan regiondakı təhlükəsizlik üçün önəmli bir tərəfdaşdır. ABŞ-nin Atlantik Şurası da Azərbaycanın İsrail ilə olan əlaqələrini genişləndirməyə çağırır və bu əlaqələrin ABŞ-nin Mərkəzi Asiya və Xəzər bölgəsindəki təsirini artıracağına inanır. İnteqrasiya İsrail və ABŞ, Azərbaycanın regional iqtisadi layihələrdə iştirakını təmin etmək, həmçinin texnologiya və investisiya sahələrində əməkdaşlıq qurmaq və bunu müdafiə, süni intellekt və kibertəhlükəsizlik sahələrində daha da dərinləşdirmək niyyətindədir.

Bu, Tramp administrasiyasının çoxsahəli əməkdaşlıq strategiyasına uyğun gəlir və ABŞ-nin regional layihələrə olan maliyyə yükünü azaltmağa yönəlib. Lakin bu cür əməkdaşlığın qarşısında bəzi hüquqi maneələr də var. 1992-ci ildən ABŞ-də qüvvədə olan “907-ci düzəliş” Azərbaycanın bu ölkədən hərbi və iqtisadi yardım almasını məhdudlaşdırır. Bu maneə aradan qaldırılsa, ABŞ və İsrail Azərbaycanın potensialını daha effektiv istifadə edə bilərlər. 

Azərbaycan: İsrail və islam dünyası arasında körpü 

İsrailli politoloq YuriBoçarov Azərbaycanın “Avraahamrazılaşmaları”nda iştirakından daha çox PR (İctimaiyyətlə Əlaqələr - PublicRelations-müəll.) xarakteri daşıdığını bildirib. Onun sözlərinə görə, İsrail- Azərbaycan münasibətləri uzun müddətdir strateji tərəfdaşlıq səviyyəsindədir, bura xalq diplomatiyasından tutmuş hökumətlərarası əməkdaşlığa qədər sabit və mehriban münasibətlərlə səciyyələnir: 

“Azərbaycan azsaylı müsəlman dövlətlərindən biridir ki, İsrail ilə açıq şəkildə əməkdaşlıq edir. İkitərəfli əlaqələr enerji, müdafiə sənayesi və texnologiya da daxil olmaqla geniş sahələri əhatə edir. İsrail Azərbaycanın neftinin ən böyük alıcılarından biridir, eyni zamanda, Azərbaycan İsraildən pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, qabaqcıl hərbi texnologiyalar alır.

2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 2 milyard dollar təşkil edib ki, bu da sıx iqtisadi əməkdaşlığı vurğulayır. Ərəb dünyasında, xüsusən Yaxın Şərqdə, İsrailə qarşı ictimai rəy mürəkkəb və mənfi qalır. Bu, uzun illər ərzində KİV-dəki anti-İsrail ritorikası və hələ də həll olunmamış Fələstin məsələsindən irəli gəlir. Bu, İsraillə münasibətləri normallaşdırmağa çalışan ərəb liderləri üçün çətin şərait yaradır.

Hətta Səudiyyə Ərəbistanı kimi, seçki proseslərini sərt şəkildə nəzarət altında saxlayan ərəb ölkələrində belə, hakimiyyət ictimai rəyi nəzərə almağa məcburdur. Məsələn, Səudiyyə Ərəbistanında rəsmi hakimiyyət İsraillə əlaqələrin tədricən yaxınlaşmasını göstərsə də, əhali arasında buna qarşı böyük bir şübhə və tərəddüd qalmaqdadır. “Avraahamrazılaşmaları”nın genişlənməsi kontekstində, Azərbaycanın iştirakı mühüm simvolik rol oynaya bilər. İsrail və onun Qərb müttəfiqləri ərəb dünyasına göstərmək istəyirlər ki, yəhudi dövləti ilə əməkdaşlıq faydalıdır.

Azərbaycan güclü iqtisadiyyatı və inkişaf etmiş diplomatik korpusu ilə müsəlman ölkə olaraq, İsraillə uğurlu tərəfdaşlığın gözəl nümunəsidir. Bundan əlavə, Yaxın Şərqin bir çox sakini, xüsusən Körfəz ölkələrindən olanlar artıq Azərbaycanla turizm sahəsindən tanışdır. Bakı Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveytdən minlərlə turist cəlb edir ki, bu da bu ölkəni və onun xarici siyasətini daha yaxşı anlamağa kömək edir.

Azərbaycanın İsraillə uğurlu əməkdaşlıq modelini görən ərəb dövlətləri, bunu etimadsızlıq dərəcəsini azaltmağa və münasibətlərin tədricən normallaşmasına kömək edəcək müsbət bir presedent kimi qəbul edə bilərlər. Beləliklə, Azərbaycanın “Avraahamrazılaşmaları”nın genişlənməsi prosesinə cəlb edilməsi yalnız diplomatik bir strategiya deyil, həm də ərəb dünyasında müsbət ictimai rəyin formalaşdırılmasına yönəlmiş böyük bir kampaniyanın hissəsidir.

Bu, müsəlman bir ölkənin İsraillə uğurlu əməkdaşlıq edə biləcəyini və bununla yanaşı, öz suverenliyini və milli maraqlarını itirmədiyini nümayiş etdirir. Bu kontekstdə Azərbaycan İsrail və islam dünyası arasında mühüm bir körpü rolunu oynayır və regionda sabitliyin və qarşılıqlı anlaşmanın güclənməsinə kömək edir". 

Politoloq bildirib ki, Azərbaycanın “Avraahamrazılaşmaları”nda iştirakı Türkiyə ilə münasibətlərinə də təsir göstərə bilər:

“Türkiyə Azərbaycanın yaxın müttəfiqi olmaqla yanaşı, İsrailə qarşı mürəkkəb bir siyasət yürüdür. Tarixən müsəlman dünyası ilə formalaşmış əlaqələri və praktik iqtisadi maraqları arasında bir tarazlıq yaratmağa çalışır. Soyuqluq dövrlərinə baxmayaraq, Türkiyə və İsrail diplomatik və ticarət əlaqələrini saxlayır, son illərdə Ankara Təl-Əvivlə dialoqun normallaşmasına doğru addımlar atır.

 Azərbaycan Türkiyə ilə İsrail arasında vasitəçi rolunu oynaya və onların yaxınlaşmasına dəstək verə bilər. Ankara beynəlxalq arenada ənənəvi olaraq Bakını dəstəkləyir və Azərbaycanla İsrail arasındakı əməkdaşlığın güclənməsi Türkiyəni İsrailə qarşı daha praktik bir yanaşma sərgiləməyə təşviq edə bilər. Lakin Azərbaycanın “Avraahamrazılaşmaları”nda iştirakı xüsusilə Fələstin məsələsinin dəstəkləndiyi bir mühitdə, yəni Türkiyə cəmiyyətində və siyasi elitasında müəyyən narazılığa səbəb ola bilər.

Ancaq Türkiyə regionda mühüm oyunçu olaraq, Qafqaz və Mərkəzi Asiyada təsirini qorumaq istəyir, buna görə də Azərbaycanla münasibətlərdə dəyişiklik ehtimalı azdır. Ən çox ehtimal olunan hal Ankaranın Azərbaycan faktordan istifadə edərək, Yaxın Şərq siyasətində öz maraqlarını irəlilətməsi olacaq, eyni zamanda ərəb dövlətləri ilə birbaşa qarşıdurmadan qaçmağa çalışacaq.

Beləliklə, Azərbaycanın “Avraahamrazılaşmaları”nda iştirakı İsrail, Türkiyə və ərəb dünyası arasında yeni əməkdaşlıq imkanları yaradaraq, regional diplomatiyanın güclənməsinə kömək edə bilər. Əlbəttə ki, Türkiyənin regiondakı maraqlarını da unutmamalıyıq, o, həm siyasi, həm də iqtisadi layihələrin inkişafında mühüm rol oynamaq istəyir. Buna görə də Türkiyə bu razılaşmanın dəstəklənməsi üçün öz "qiymətini" tələb edəcək”. 

Uzaqgörən siyasət

İsrailli digər politoloq MixailFinkel bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, düzgün və dostluq ruhunda olan qərarlarına sevindiklərini deyib:

“Bu, hər iki ölkə üçün faydalı və strateji baxımdan önəmli addımdır. Bu siyasət uzaqgörən, perspektivləri bilən, ilk növbədə öz xalqının və dövlətinin maraqlarını düşünən bir rəhbərin addımlarıdır. Bu sazişlərdə həm iqtisadi inkişaf, həm yüksək texnologiyalar, həm də iri biznes və qlobal təhlükəsizlik sahəsində böyük perspektivlər var. "Avraahamrazılaşması"nın arxasında ABŞ və Tramp administrasiyası dayanır.

Artıq bu sazişlərin uğurlu nəticələrini görürük – İsrail ilə BƏƏ, İsrail ilə Bəhreyn, İsrail ilə Mərakeş arasında imzalanan müqavilələr bu prosesin nə qədər effektiv olduğunu sübut edir. İndi isə Səudiyyə Ərəbistanı və İsrail arasında analoji bir sazişin imzalanması gözlənilir. Bunun ardınca isə digər ərəb və müsəlman ölkələrinin də bu prosesə qoşulacağı ehtimal edilir”.

Ekspert bildirib ki, BƏƏ ilə İsrail arasındakı münasibətlərin sürətli inkişafı artıq göz önündədir:

“Ticarət, kənd təsərrüfatı, tibb, texnologiya və terrorizmlə mübarizə sahələrində mühüm irəliləyişlər əldə olunub. Bu cür əməkdaşlıq təkcə Yaxın Şərqdə deyil, həm də Cənubi Qafqazda beynəlxalq təhlükəsizliyi gücləndirir. Bundan əlavə, ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü böyük qlobal ticarət dəhlizi layihəsi var. Bu layihə Hindistandan başlayaraq ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı və İsrail üzərindən keçib, Aralıq dənizindən Avropaya uzanan bir iqtisadi marşrut formalaşdırmağıhədəfləyir.

Bunun üçün isə bu yolda yerləşən ölkələrin sülh şəraitində olması, bir-biriləri ilə əməkdaşlıq etməsi və terrorizmdən uzaq durması mühüm şərtdir. Azərbaycan və İsrailin münasibətləri tarixən yaxın olub. Bu, sadəcə diplomatik əlaqələr deyil – xalqdan xalqa gələn, əsrlər boyu formalaşmış bir dostluq və tərəfdaşlıqdır. Azərbaycan müstəqil dövlətdir və hər zaman öz milli maraqlarına uyğun olan yolu özü müəyyən edib”.

Azərbaycanın gələcəyi uğurlu və sabit olacaq

MixailFinkel vurğulayıb ki, Azərbaycanın siyasəti tamamilə müstəqildir, heç bir gücün təsiri altında deyil:

“Bəzən bəzi dairələr iddia edirdilər ki, guya Azərbaycan Rusiya, yaxud Türkiyənin təsiri altındadır. Ancaq reallıq göz qabağındadır. Azərbaycan yalnız öz dövlət maraqlarına uyğun qərarlar verir və müstəqil siyasət yürüdür. Bu müstəqil siyasətin uğurla davam edəcəyinə şəxsən əminəm.

Çünki Azərbaycanın sükanı arxasında müdrik və qətiyyətli lider – İlham Əliyev dayanır. Bu səbəbdən Azərbaycanın gələcəyi uğurlu və sabit olacaq. Eyni zamanda, Türkiyə ilə bağlı narahatlığa əsas yoxdur. Türkiyə NATO üzvü və ABŞ-nin strateji müttəfiqidir. Bəzi müvəqqəti fikir ayrılıqları olsa da, bunların hamısı tədricən həll olunacaq. Mən əminəm ki, bu keçici problemlər aradan qalxacaq və gələcək daha da işıqlı olacaq”. 

Səbinə Uğur 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Mart 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see476

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see375

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see336

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see289

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see288

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see283

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see200

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see134

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri