Icma.az
close
up
RU
Azərbaycanın su qıtlığı problemi necə həll edilir?

Azərbaycanın su qıtlığı problemi necə həll edilir?

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Azərbaycan digər ölkələr kimi artan tələbat və məhdud resurslar fonunda davamlı su təchizatını təmin etmək üçün çətinliklərlə üzləşir. Bu problemə perspektiv həllərdən biri Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kontekstində dövlət-özəl tərəfdaşlıqların potensialıdır.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) müşaviri Əsəd Şirinov Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Su ehtiyatlarının idarə edilməsində dövlət-özəl tərəfdaşlıqlarının rolu” mövzusundakı panel sessiyada bildirib.

Ə.Şirinov qeyd edib ki, COP29-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi iqlim problemlərinə cavab olaraq “Su və Davamlı İnkişaf”, “Davamlı Su Resurslarının İdarə Edilməsində İnnovativ Yanaşmalar” və duzsuzlaşdırma xüsusilə vurğulanmaqla alternativ su mənbələrinin əhəmiyyətini qabardıb. Onun sözlərinə görə, su qıtlığı qlobal bir problemdir və bir çox ölkəyə təsir edir.

“İqlim dəyişikliyi ilə əlaqədar temperaturun yüksəlməsi, qeyri-müntəzəm yağıntılar və artan buxarlanma Azərbaycanın su ehtiyatlarını daha da azaldır. Azərbaycan yarımsəhra iqlimində yerləşdiyindən məhdud su resurslarına malikdir və əsasən qonşu ölkələrdən (Gürcüstan, Türkiyə, Ermənistan) gələn Kür və Araz çaylarından asılıdır. Bu, Azərbaycanı suyun keyfiyyəti və axını baxımından həssas edir. Dövlət-özəl tərəfdaşlıqları Azərbaycanın su idarəçiliyində dövlət qurumları və özəl şirkətlərin su xidmətlərinin təmini, infrastrukturun yaxşılaşdırılması və davamlı su həllərinin həyata keçirilməsi üçün birgə çalışdığı bir yanaşmadır. Bu model, qlobal səviyyədə su qıtlığının, köhnəlmiş infrastrukturun və iqlim dəyişikliyinin artırdığı tələbatla daha da aktuallaşıb”, - deyə Ə.Şirinov vurğulayıb.

Onun sözlərinə görə, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi Azərbaycanın su qıtlığı problemini həll etmək məqsədini daşıyan irimiqyaslı təşəbbüsdür. Layihənin əsas məqsədi Xəzər dənizinin duzlu suyunu qabaqcıl duzsuzlaşdırma texnologiyaları vasitəsilə içməli suya çevirməkdir:

“Dövlət-özəl tərəfdaşlıqları Azərbaycanın su qıtlığı problemini həll etmək üçün əhəmiyyətli bir həll yolu ola bilər. Düzgün planlaşdırma, güclü tənzimləmə çərçivələri və icmanın iştirakı ilə DÖT-lərin üstünlüklərini maksimuma çatdırmaq mümkündür”.

Daha sonra İstanbul dövlət-özəl tərəfdaşlıq komitəsinin sədri Eyüp Vural Aydın, AİB-nin Mərkəzi və Qərbi Asiya Departamentinin Özəl Sektorun İnkişafı üzrə Regional Rəhbəri Enriko Pinali, Azərbaycan İqtisadiyyat Nazirliyinin Layihə idarəetmə şöbəsinin müdiri Zamir Dibirov çıxış edərək bildiriblər ki, dünyada su ehtiyatları gedərək azalır. Dünyada 1 milyarda yaxın insanın təmiz su ehtiyacının qarşılanmadığını deyən tədbir iştirakçıları qeyd ediblər ki, mövcud resurslardan ağıllı istifadə etmək lazımdır. Qeyd olunub ki, dövlət-özəl tərəfdaşlıqları ötən il Özbəkistanda su resursları üçün 5 milyard dollara yaxın investisiya qoyub. Əlavə olunub ki, su probleminin həlli üçün özəl maliyyələşməyə ehtiyac var. İştirakçılar qeyd ediblər ki, 10-15 il ərzində bir çox ölkələrdə su problemləri yaşanacaq.

Sonda panel sessiya müzakirələrlə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 Noyabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri