Icma.az
close
up
RU
Su qıtlığı problemi: Azərbaycanda təhlükə varmı?

Su qıtlığı problemi: Azərbaycanda təhlükə varmı?

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Elman Cəfərli: “Suya qənaətlə bağlı sakinlər arasında maarifləndirmə işləri aparılmalıdır”

Sevil Yüzbaşeva: “Ölkəmizdə bizim su ilə bağlı əsas problemimiz pis idarəçilikdir”

Rövşən Abbasov: “Yağışların çoxalması nəticəsində çaylarda sululuq artacaq”

İranda istilər səbəbindən Tehran və digər bölgələrdə su qıtlığı yarandığı bildirilir. Həmçinin bu problem qardaş Türkiyədə də müşahidə edilməkdədir. Hətta bəzi təbii göllər quruyub. Mütəxəssislər bu problemi müxtəlif səbəblərlə əlaqələndirirlər.

Bəs su qıtlığı ilə bağlı Azərbaycanda vəziyyət nə yerdədir, təhlükə varmı?

Bu barədə ekoloqlar “Xalq Cəbhəsi”nə danışıb.

“Urmiya gölünün 90 faizi artıq quruyub”

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli söyləyib ki, qlobal iqlim dəyişikliyinin fəsadları daha çox özünü su resurslarının azalmasında göstərir: “Yaşadığımız coğrafiya yağıntının az düşdüyü, su mənbələrinin o qədər də çox olmadığı regionlardandır. Məsələn, Azərbaycan Cənubi Qafqazın su resursları ən az olan ölkəsidir. Ön Asiya, İran ərazisi də su qıtlığı yaşayan bölgələrdəndir. Son 30 ildə Kiçik Asiyada 50-dən çox göl quruyub. İran ərazisində də durum təxminən eynidir. Güney Azərbaycan ərazisində yerləşən Urmiya gölünün 90 faizi artıq quruyub”.

“Ekspertlər İranın İsfahan əyaləti ilə bağlı ciddi həyəcan təbili çalırlar”

E.Cəfərli əlavə edib ki, İsfahanda, Xuzistanda, Xorasan əyalətində ciddi şəkildə su qıtlığı yaşanır: “İran transərhəd Hilmənd çayı ilə bağlı qonşu Əfqanıstanla münaqişə vəziyyətindədir. Dəfələrlə iki ölkə arasında hətta qanlı toqquşma da baş verib. Hilmənd çayı Əfqanıstan dağlarından İranın Sistan və Bəlucistan vilayətinə qədər axır. Kabil hökuməti bu çayın İran üçün həyati əhəmiyyətini bilə-bilə, çay üzərində yeni su anbarları tikir. Bu isə iki ölkə arasında gərginliyi artıran faktordur. Su qıtlığı sosial-iqtisadi həyata ciddi şəkildə təsir edəcək. Əvvəla, bölgədən iri şəhərlərə köç dalğası başlanacaq, kəndlər boşalacaq, bölgənin aqrar sektoru ciddi ziyan görəcək. Artıq ekspertlər İranın İsfahan əyaləti ilə bağlı ciddi həyəcan təbili çalırlar. Belə ki, quraqlıq üzündən bu əyalətin sakinlərinin böyük əksəriyyəti bu bölgəni tərk edəcək”.

“Hər damlanın qədrini bilməliyik”

O vurğulayıb ki, su mənbələrinin quruması baxımından Türkiyənin də vəziyyəti ürəkaçan deyil: “Hər il Türkiyədə min hektarlarla meşə yanıb külə dönür. Meşələrin məhvi səhralaşmaya, torpağın şoranlaşmasına, yeraltı su mənbələrinin azalmasına yol açır. Bu isə kənd təsərrüfatında ciddi fəsadlar yaradır. Azərbaycanda problem meşə yanğınları ilə bağlı deyil. Bizdə də su mənbələri quruyur. Lakin bizim əsas problemimiz ağıllı su idarəetməsinin olmamasıdır. Artıq su qıtlığı qapıdadır. Arxayınlığa heç bir lüzum yoxdur. Bundan sonra hər damlanın qədrini bilməliyik. Kənd təsərrüfatında damcılı suvram sistemi geniş tətbiq edilməli, su kanallarının səthi betnolaşdırılmalıdır. İri şəhərlərdə tullantı sularının təkrar emalı və yaşıllaşdırmada, avtoyuma müəssisələrində istifadəsi həyata keçirilməlidir. Suya qənaətlə bağlı sakinlər arasında maarifləndirmə işləri aparılmalıdır”.

“Su anbarları qurudulub”

“Eko-Aləm” İctimai Birliyinin sədri, ekoloq Sevil Yüzbaşeva bildirib ki, İran və Türkiyə həqiqətən də ciddi su qıtlığı yaşayır: “Bu problem təbii su anbarlarının qurumasına və su təchizatının kritik vəziyyətə düşməsinə səbəb olur. İranda su anbarlarının 80%-nin demək olar ki, boş olması paytaxtın köçürülməsi, hətta Türkiyənin Van gölündən İranın Urmiya gölünə suyun çəkilməsi imkanlarının müzakirəsi kimi qeyri-ənənəvi tədbirlərin görülməsinə səbəb olub. İranda su böhranı ilə ciddi vəziyyət yaranıb. Ölkə misli görünməmiş su böhranı ilə üz-üzədir, şirin su çatışmazlığı xüsusilə Tehranda və digər bölgələrdə kəskin şəkildə müşahidə olunur. Su anbarları qurudulub. Ölkənin su anbarlarının təxminən 80%-i demək olar ki, boşdur, əsas çaylar və su anbarları quruyub. Hökumət su qıtlığı ilə bağlı mümkün tədbirlərə baxır. Bu tədbirlər iş həftəsinin qısaldılması, uzaqdan işə keçid və paytaxt Tehranın müvəqqəti bağlanması da daxil olmaqla fövqəladə tədbirləri nəzərdən keçirir”.

“Hər problemi iqlim dəyişikliyinin üzərinə yıxmaq olmaz”

S.Yüzbaşeva diqqətə çatdırıb ki, insanlar miqrasiya etmək kimi məsələlər üzərində düşünürlər: “Bəzi sakinlər su axtarmaq üçün şimala, Xəzər dənizinin sahilyanı ərazilərinə köçmək məcburiyyətində qalırlar. Əlbəttə, bunun həm təbii, həm də antropogen səbəbləri var. Hər problemi də iqlim dəyişikliyinin üzərinə yıxmaq olmaz. Məsələn, Urmiya gölünün qurudulması hökumətin bilərəkdən həyata keçirdiyi yanlış siyasətin nəticəsidir. Mən şəxsən bunu belə qiymətləndirirəm. Vaxtı ilə gölə gələn təbii şirin su mənbələrinin istiqaməti dəyişdirilib. Ona görə indi belə bir problem yaşanır. Əlbəttə, təbiətin işinə müdaxilə edəndə həmişə onun fəsadları ağır olub. İnsanlar ağıllanmırlar. İranlı bir millət vəkili suyun Van gölündən Urmiya gölünə nəql edilməsini də təklif edərək bunun hər iki ölkə üçün faydalı olacağını təklif etmişdi”.

“Ölkəmizdə su anbarlarında suyun səviyyəsi aşağı düşüb”

O, Türkiyənin də su ehtiyatları ilə bağlı problemləri olduğunu deyib: “Bu barədə Türkiyənin xəbərlər proqramlarında da tez-tez məlumatlar verilir. Azərbaycanda da su ilə bağlı problemlər yaşanmaqdadır. Azərbaycan coğrafi mövqeyinə görə içməli suyu az olan ölkədir. Ölkəmizdə də iqlim şəraiti ilə bağlı su anbarlarında suyun səviyyəsi aşağı düşüb. İstər Samur–Abşeron kanalı olsun, istər Taxtakörpü su anbarında, istərsə də ən böyük içməli su arteriyamız olan Kür çayında suyun səviyyəsi hətta aşağı düşüb deməzdim, çünki Salyanda demək olar ki, Kürdə su yoxdur. Bu il keçirdiyim monitorinqlər zamanı bunu özüm şəxsən müşahidə etmişəm. Ölkəmizdə bizim su ilə bağlı əsas problemimiz pis idarəçilikdir. Hər kəs qonşu ölkələrdə iqlim dəyişikliyi ilə bağlı adaptasiya tədbirləri həyata keçirir, tədbirlər görür, su anbarları, barajlar tikir. Amma bizdə kəndlərdə su istəyən əhali yerli qurumlar tərəfindən təhqir edilir, qovulur. Bunu xəbərlər proqramlarında da görürük. Bizim su ilə bağlı digər problemimiz suyun çirklənməsi və gərəksiz israfçılıqdır. Azərbaycanın su obyektlərində suyun çirklənməsinin artması suyun keyfiyyətinin monitorinqi sistemlərinin tətbiqini, çirkab suların təkmilləşdirilmiş təmizlənməsini və suyun çirklənməsi ilə bağlı daha güclü qaydaların və mühafizə tədbirlərinin həyata keçirilməsini tələb edir”.

“Ciddi su problemləri yaşanmaqdadır”

Ekoloq eləcə də söyləyib ki, Azərbaycanda suyun çirklənməsi və pis idarə olunması ilə bağlı problemlər su təchizatında fasilələrə səbəb olur: “Müasir təmizləyici qurğuların olmasına baxmayaraq onların effektivliyi qeyri-bərabərdir, şəbəkələrdə ciddi su itkiləri baş verir ki, kadr problemləri və s. bu da daha yaxşı idarəetməni və yeni texnologiyaların tətbiqini tələb edir. Bəzi rayonlarda, kəndlərdə hazırda ciddi su problemləri yaşanmaqdadır”.

“Suya olan tələbatın artması fonunda proses getdikcə kəskinləşir”

Ekoloq-hidroloq Rövşən Abbasov hazırda ilin ən quraq vaxtı olduğunu deyərək əlavə edib ki, adətən ilin bu dövrlərində çaylarda su minimum həddə çatır və məhz buna görə də belə dövrü yay minimal axın dövrü adlandırırlar: “İlin bu dövrü həm də vegetasiyadan sonrakı dövr olduğu üçün bütün su anbarları boşalır, su anbarlarında su olmur və avqust ayının sonu, sentyabr ayının ortalarına qədər su çatışmazlığının pik mövsümü hesab olunur. Bu təkcə Türkiyə və Azərbaycanda yox, əksər region ölkələrində müşahidə olunan bir fenomendir. Bir çox hallarda buna təbii amil kimi baxmaq olar, lakin son illər suya olan tələbatın artması fonunda bu proses getdikcə kəskinləşir. Ümumiyyətlə, gözlənilir ki, sentyabr ayının 15-20-dən sonra dağlıq ərazilərdə atmosfer yağıntılarının, xüsusilə yağışların çoxalması nəticəsində çaylarda sululuq artacaq. Bu da öz növbəsində su mənbələrinin verimliliyini yüksəldəcək”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 27 Avqust 2025 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see233

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see229

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see196

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see147

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see147

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see145

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see142

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see138

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see130

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see127

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri