Icma.az
close
up
RU
Azərbaycanın sülh şərtləri təsdiqlənir...

Azərbaycanın sülh şərtləri təsdiqlənir...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

ATƏT-in Minsk Qrupunun ləğvi üçün ikitərəfli müraciət edilməlidir

44 günlük Vətən müharibəsinin və 2023-cü ilin sentyabrında baş tutmuş antiterror tədbirlərinin nəticələri Ermənistan ilə Azərbaycan arasında uzun illərdir yaşanan “Qarabağ münaqişəsi”nin bitməsini şərtləndirdi. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpası həm də beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsinə, ədalətin bərpasına yol açdı. Yeni mərhələdə isə artıq sülh müqaviləsi aktuallıq daşımaqdadır. Nəzərə alsaq ki, son günlərini yaşadığımız il ərzində bir sıra səviyyələrdə - həm XİN başçıları, həm də dövlətlərarası müvafiq komissiyalar səviyyəsində görüş bu istiqamətdə əsaslı addım kimi qiymətləndirilir, sülhün yaxın zamanda reallaşacağı ilə bağlı ümidlər də artır. Xüsusilə, qalib tərəf olaraq Azərbaycanın ortaya qoyduğu sülhpərvər mövqe olduqca böyük humanizmin göstəricisidir. Bölgəyə sabitlik və inkişaf vəd edəcək sülhün reallaşması üçün Azərbaycan dövlətinin ortaya qoyduğu səylər olduqca əhəmiyyətlidir.

Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa...

Sülh prosesinin ikitərəfli təmas səviyyəsinə keçməsi isə özündə bir sıra nüansları birləşdirir. Artıq tarixə çevrilmiş münaqişənin tənzimlənməsi prosesindəki beynəlxalq mexanizmlərə ehtiyac qalmayıb - yaranan yeni siyasi reallıqlar xüsusilə, ATƏT-in Minsk qrupunun fəaliyyətinin lüzumsuzluğuna dəlalət edir. Azərbaycan tərəfi bu məsələnin sülh şərtlərindən biri kimi önə çəkir - Ermənistan isə yenidə manipulyasiyalara əl atır, sülhün reallaşmasını gecikdirir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində sülh sənədinin 17 maddəsinn 15-i razılaşdırıldığını bildirmişdi və razılaşdırılmamış iki maddədən biri də məhz ATƏT-in Minsk Qrupu ilə bağlı olduğunu qeyd etmişdi: “Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”.

Münaqişə bitdi, Minsk qrupu aktuallığını itirdi...

Xatırladaq ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin tənzimlənməsi üzrə birbaşa vasitəçi qismində tanınan Minsk qrupunun əsası 1994-cü ildə keçirilən ATƏM-in Budapeşt Zirvə toplantısı zamanı qoyulub. Həmin toplantıda Ermənistan-Azərbaycan münaqişəsinə dair Budapeşt sammitinin işinin konkret yekunu olaraq “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qərar qəbul olunub. Budapeşt Sammitinin nəticələrinə əsasən, 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis olunub. 28 avqust 1995-ci ildə isə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi (ŞN) vəzifəsi təsis olunub. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq ediblər.

44 günlük müharibə ilə başa çatan münaqişə həm də ATƏT-in Minsk qrupunun ləğvini aktuallaşdırdı. Artıq tərəflər vasitəçiz bir ortamda razılaşmanın bir addımlığındadır. Son reallıqlar bu quruma ehtiyacın qalmadığını faktiki olaraq ortaya qoyur. Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək işğala son qoyub. Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olmadığı halda bu tənzimləyici mexanizmin qalması nə dərəcədə məqsədəuyğun ola bilər? Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür.

Tərəflər etiraf edir...

Yeri gəlmişkən, Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya bu formatda görüşlərin keçirilmədiyini bildirib. Rusiya XİN rəsmisi Mariya Zaxarova deyib ki, Minsk qrupunun amerikalı və fransalı həmsədrləri rusiyalı həmsədrlə 2022-ci ilin fevralından təmasları kəsib”. “2022-ci il oktyabrın 6-da Praqada keçirilən Azərbaycan, Ermənistan, Fransa və Avropa Birliyinin sammitinin nəticələrinə əsasən, Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması, 2023-cü ilin sentyabrında yerdə vəziyyətin kardinal şəkildə dəyişməsi ATƏT-in Minsk qrupunun mandatının aktuallığını itirməsi ilə nəticələnib. Minsk konfransının bütün strukturları - Minsk qrupu, yüksək səviyyəli planlaşdırma qrupu, ATƏT-in fəaliyyətdə olan sədrinin Qarabağ məsələsinin həlli üzrə şəxsi nümayəndəsi vəzifəsi ləğv edilməlidir. Rusiya tərəfi hesab edir ki, bununla bağlı müvafiq qərarların qəbul edilməsinin optimal yolu Bakı və İrəvanın müvafiq qurumların ləğvi ilə bağlı birgə müraciətidir”.

Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Regionda sülhün və təhlükəsizliyin təmini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi isə ikitərəfli xarakter daşıyır. Son təmaslar da sübut edir ki, ikitərəli, vasitəçisiz danışıqlar daha effektivdir. Beləliklə, “Minsk qrupu”nun strukturların saxlanılması heç bir aktuallıq kəsb edə bilməz.

S.İSMAYILZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Dekabr 2024 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri