Icma.az
close
up
RU
Azərbaycanın sumo döyüşçüləri: medal da qazanıblar

Azərbaycanın sumo döyüşçüləri: medal da qazanıblar

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan gələn il sumo üzrə dünya çempionatına ev sahibliyi edəcək. Müvafiq qərar Polşanın Krotoşin şəhərində Beynəlxalq Sumo Federasiyası tərəfindən qəbul edilib.

Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası tərəfindən irəli sürülən namizədlik mübarizəsində Azərbaycan digər ölkələri qabaqlayaraq dünya çempionatına ev sahibliyi hüququ qazanıb.

Sosial şəbəkələrdə xəbər maraqla qarşılanıb. Uzaq Şərqə məxsus idman növü üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi müzakirələrə səbəb olub.

Ancaq sumo döyüşləri Azərbaycan idmanına o qədər də yad deyil. Azərbaycanın sumo üzrə yığıması var və azərbaycanlı idmançılar komanda tərkibində müxtəlif yarışlarda iştirak edir.

Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının (JMACA) vitse-prezidenti Ülvi Ağamirov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan bundan əvvəl sumo yarışlarda iştirak edib və hətta medal qazanıb.

"Sumo üzrə yığma komandamız son dünya çempionatında 2 bürünc medal qazandı. Ondan əvvəl Tokioda keçirilən dünya çempioantında da komandamız bir gümüş medal qazanıb. Təəssüf ki, hələlik qızıl medal əldə edə bilməmişik”, - o qeyd edib.

Ü.Ağamirov qeyd edib ki, yarışlar müxtəlif kateqoriyalarda keçirilir:

“Çəkilər üzrə yeniyetmələr və böyüklər 5-6 kateqoriyada yarışır. Ölkələr yarışlarda təqribi 11-12 idmançı ilə təmsil olunacaq. Azərbaycan komandası ilə biz də çalışacağıq ki, mövcud olan bütün katerqoriyalar üzrə iştirak edək. Hər kateqoriya üzrə hər ölkədən bir yeniyetmə və bir böyük idmançı iştirak edə bilər. Biz də hər kateqoriyada bir böyük və 1 yeniyetmə olmaqla təmsil olunacağıq”.

Müsahibimiz sonda vurğulayıb ki, qadınlar arasında da sumo üzrə dünya çempionatı keçirilir:

“Biz hələ ki, qadınlar arasında keçirilən yarışlarda təmsil olunmamışıq, amma 2026-cı ilə qədər bunu da təmin etməyi düşünürük”.

Qeyd edək ki, sumo Yaponiyada qədim dövrlərə gedib çıxan və bir çox adət və ənənələrə əsaslanan ənənəvi güləş növüdür. Yapon sözü sumo "özünü müdafiə etmək" mənasını verən sumafu sözündəndir.

Güləşçilərin məqsədi rəqibi yarış meydançası olan qum hovuzundan və ya saman iplə işarələnmiş rinqdən çıxarmaq yaxud müvazinətini itirib yerə yıxmaqdır. Güləşçilər ayaqlarının altından başqa hər hansı bir yeri ilə yerə toxunarsa, matçı uduzmuş sayılırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Yanvar 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri