ABŞ HDQ İran yaxınlığında döyüş qruplaşmalarını sayını artırıb
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) İran yaxınlığında yerləşən döyüş qruplaşmalarının sayını bir həftə ərzində 17-dən 21-ə qədər artıb.
"İnterfaks" xəbəri verir ki, bunu ABŞ Hərbi Dəniz İnstitutunun İnformasiya Xidmətinin məlumatları göstərir.
Hazırda İranın cənub-şərqindəki Ərəbistan dənizində, "USS George Vaşinqton" və "USS George Bush" aviadaşıyıcılarının rəhbərlik etdiyi iki Amerika daşıyıcı zərbə qrupu döyüş növbətçiliyindədir.
Hər bir gəmidə 48 qırıcı təyyarə var. Daşıyıcılarla yanaşı, İran yaxınlığında bir kreyser, 11 idarə olunan raket esminesi və dəniz ekspedisiya batalyonu olan üç böyük amfibiya gəmisi yerləşdirilib.
Bu arada, Yəmən münaqişəsi fonunda Qırmızı dənizdə ABŞ-nin iki idarə olunan raket esminesi fəaliyyət göstərir. ABŞ Hərbi Dəniz Qüvvələrinin daha iki esminesi Hind okeanının şimal-qərbindədir.
"The Wall Street Journal" (WSJ) qəzeti daha əvvəl ABŞ-in İrana qarşı zərbələri bərpa etməyə hazırlaşdığını bildirib.
///report///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 27 Oktyabr 2026 07:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















