Icma.az
close
up
RU
Azərbaycanın Suriyaya qaz ixracı: Regional diplomatiyada yeni mərhələ

Azərbaycanın Suriyaya qaz ixracı: Regional diplomatiyada yeni mərhələ

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriyanın yenidən qurulmasında mühüm addım hesab olunan yeni enerji xəttinin 1 avqustda istifadəyə verilməsi planlaşdırılır. Azərbaycandan gələn təbii qaz Türkiyə üzərindən Kilis xətti ilə Suriyaya çatdırılacaq. Bu layihə Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına və Türkiyənin regional enerji mərkəzi olma hədəfinin gücləndirilməsinə töhfə verməyi məqsəd qoyur.

Bəs yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın enerji infrastrukturunun bərpasına hansı şəkildə təsir göstərəcək və bu layihə Azərbaycanın Yaxın Şərq siyasətində hansı əhəmiyyətə malikdir?

Mövzunu Oxu.Az-a dəyərləndirən Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, Azərbaycanın 1 avqustdan Suriyaya qaz ixracına başlaması bir neçə mühüm geosiyasi, enerji və diplomatik kontekstdə şərh oluna bilər:

"Bu hadisə təkcə enerji bazarına deyil, həm də Azərbaycanın Yaxın Şərqdəki mövqeyinə və regional vasitəçilik səylərinə yeni çalarlar əlavə edir. Azərbaycanın Suriyaya qaz satmağa başlaması o deməkdir ki, Bakı artıq təkcə Avropa və Türkiyə üçün deyil, Yaxın Şərq bazarı üçün də enerji təchizatçısına çevrilir. Bu isə ölkənin enerji diplomatiyasında yeni mərhələdir".

"Qaz ixracı prosesinin özü həm iqtisadi, həm texniki və təhlükəsizlik, həm də geosiyasi baxımdan perspektivlidir. İqtisadi baxımdan, Azərbaycan üçün əlavə qaz bazarının açılması ixracdan gələn gəlirlərin şaxələnməsi deməkdir. Texniki və təhlükəsizlik baxımından Suriyanın infrastrukturu uzun illər müharibədən zərər çəkməsi diqqətə alınmalıdır. Azərbaycanın burada etibarlı tərəfdaş kimi çıxış etməsi həm enerji bərpasına, həm də təhlükəsizlik sahəsində əməkdaşlığa yol aça bilər. Geosiyasi baxımdan isə bu addım Azərbaycanın Suriya ilə münasibətlərində yeni bir mərhələnin bașlanğıcı və etimadın formalaşması kimi qiymətləndirilə bilər", - deyə ekspert vurğulayıb.

Müsahibimiz əlavə edib ki, Azərbaycanın Yaxın Şərq strategiyası, xüsusilə son illərdə çoxvektorlu diplomatiya üzərində qurulub:

"Bakı İsraillə yaxın strateji əməkdaşlıq, Türkiyə ilə müttəfiqlik və ərəb dövlətləri ilə iqtisadi-ticarət əlaqələri fonunda balanslı mövqe sərgiləyir. Suriyaya qaz ixracı bu strategiyanın yeni sütunu ola bilər. Son günlərdə Azərbaycanın İsrail-Türkiyə və İsrail-Suriya təmaslarına vasitəçilik etməsi, Bakının bölgədə konfliktlərin aradan qaldırılmasında rolu olan neytral platforma kimi tanındığını göstərir. Bu baxımdan, Suriyaya qaz ixracı, Azərbaycanın bu ölkə ilə münasibətlərini normallaşdırma istiqamətində konkret addım kimi qəbul edilə bilər və vasitəçilik üçün siyasi kapital yaradır. İsrail-Suriya dialoqu üçün Bakı həm etibarlı, həm də maraqlar balansını qoruya bilən bir ölkə kimi görünür. Azərbaycanın İsraillə yüksəksəviyyəli əlaqələri və eyni zamanda Suriyaya qaz ixracı, Bakının ikili etimad modelini formalaşdırdığını göstərir".

"Azərbaycanın Suriyaya qaz ixracına başlaması təkcə iqtisadi layihə deyil, bu həm də regional diplomatiyanın mühüm alətidir. Bakı Yaxın Şərqdəki mürəkkəb oyunçular arasında neytral vasitəçi, etibarlı təchizatçı və çoxvektorlu siyasət yürüdən aktor kimi çıxış edir. Əgər bu dinamika davam edərsə, Azərbaycan yaxın illərdə Yaxın Şərqdə regional sabitlik və enerji təhlükəsizliyi sahəsində nüfuzlu oyunçuya çevrilə bilər", - V. Zifəroğlu fikirlərini yekunlaşdırıb.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 İyul 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri