Azərbaycanın tanınmış generalı vəkil oldu FOTO
Icma.az, Manset saytına istinadən bildirir.
Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının keçmiş rəisi, polis general-mayoru Nazim Əliyev vəkil kimi fəaliyyətə başlayıb.
Manset.az E-huquq.az-a istinadən xəbər verir ki, Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin noyabrın 4-də keçirilən iclasında hüquq elmləri doktoru Nazim Əliyevin VK üzvlüyünə qəbul olunması məsələsinə baxılıb və müsbət qərar qəbul edilib.
İclasda Polis Akademiyasının sabiq rəisinə vəsiqə təqdim edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.
Qeyd edək ki, 1983-cü ildən daxili işlər orqanlarında çalışmış Nazim Əliyev 2011-2020-ci illərdə DİN-in Polis Akademiyasının rəisi vəzifəsində xidmət edib.

SON DƏQİQƏ: Azərbaycanın tanınmış generalı yaşında vəfat etdi FOTO
23 Noyabr 2024 21:25
Azərbaycanın tanınmış generalı yeyintilərə görə DİNDİRİLDİ
14 Fevral 2025 14:16
SON DƏQİQƏ: Azərbaycanın tanınmış generalı 56 yaşında vəfat etdi FOTO
23 Noyabr 2024 21:28
SON DƏQİQƏ: Azərbaycanın tanınmış sabiq generalı 56 yaşında vəfat etdi FOTO
23 Noyabr 2024 21:37
Azərbaycanın tanınmış həkimi vəfat etdi FOTO
04 Dekabr 2024 23:20

