Icma.az
close
up
RU
Azərbaycanın tanınmış generalı yeyintilərə görə DİNDİRİLDİ

Azərbaycanın tanınmış generalı yeyintilərə görə DİNDİRİLDİ

Icma.az bildirir, Manset portalına istinadən.

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun məhkəməsi gedir. Onlar əvvəlcə dövlət vəsaitlərini mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ittihamı ilə həbs edilmişdilər.

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki,  təqsirləndirilən şəxslər elə ilkin istintaqda mənimsəmə epizodu ilə dövlətə dəymiş ziyanı tam şəkildə ödəyiblər. Bu, həmin ittihamın aradan qaldırılmasına səbəb olsa da, məsələni tamamilə həll etməyə imkan vermir.

Məmmədov və Laçınov həbsdən azad edilsələr də, vəzifə səlahiyyətlərini aşma cinayətinə görə məhkəmədə mühakimə edilirlər. Bu maddənin sanksiya həddi minimum 3, maksimum 7 il həbs cəzasıdır. Amma işin hallarından asılı olaraq həbslə bağlı olmayan cəza da təyin edilə bilər.

Amma işdə qalmaqallı məqam başqadır.

Əldə etdiyimiz məlumata görə, müdafiə nazirinin müavini - Maddi Texniki Təminat İdarəsinin rəisi işləmiş general-leytenant Nizam Osmanov da bu cinayət işi üzrə dindirilib. General müstəntiqin çağırışı ilə prokurorluğa gəlib, bir neçə epizod üzrə sorğu-sual edilib. Bizə məlum olan budur ki, Osmanov işlə bağlı ətraflı danışmayıb. O, ifadəsində Elman Məmmədov və Rəhim Laçınovun təqsirləndirildikləri vəzifə cinayətlərindən xəbərsiz olduğunu deyib.

İstintaq orqanı generalın dedikləri ilə kifayətlənib. Onun əlavə ifadəsinə ehtiyac görülməyib. Beləliklə, keçmiş nazir müavininin adı məhkəmədə ifadə verməli olacaq şahidlər siyahısına daxil edilməyib. Səbəb isə Nizam Osmanovla təqsirləndirilən şəxslərin bir-birilərinə qarşı ifadə verməməsidir. Təqsirləndirilən şəxslərin hər ikisi deyib ki, onların əməlindən general Osmanovun xəbəri olmayıb. Buna baxmayaraq, məhkəmə gedişində ehtiyac yaranarsa, N.Osmanov əlavə şahid kimi hakim qarşısında dindirilə bilər.

Yaxın günlərdə E.Məmmədov və R.Laçınovun işi üzrə Bakı Hərbi Məhkəməsində baxış iclasları başlayacaq.

Qeyd edək ki, Nizam Osmanov 2023-cü ilin yayına kimi müdafiə nazirinin müavini-Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. Mənzil İstismar İdarəsi də həmin baş idarənin tabeliyində idi. General Osmanov vəzifəsindən azad edildikdən sonra postu da ləğv edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 14 Fevral 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri