Məleykə Abbaszadənin gedişindən sonra DİM Təhsil Nazirliyinə birləşdiriləcək? AÇIQLAMA
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib və Bakı Dövlət Universitetinin rektoru təyin olunub.
Qeyd edək ki, zaman-zaman DİM-in Təhsil Nazirliyinə birləşdirilməsi təklifi səsləndirilib.
Bəs Məleykə Abbaszadənin gedişi DİM ilə Elm və Təhsil Nazirliyinin birləşməsi ilə nəticələnə bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan keçmiş deputat, Əməkdar müəllim Sona Əliyeva bildirdi ki, belə bir birləşmə nəzəri cəhətdən mümkündür:
"Fikrimcə, nə ehtimal olunandır, nə də məqsədəuyğundur. Ona görə ki, DİM-in əsas gücü elə onun müstəqilliyindədir. Burada sadə prinsip odur ki, öyrədən özü özünü qiymətləndirməməlidir. Elm və Təhsil Nazirliyi məktəbləri idarə edir, proqramları hazırlayır, müəllimləri işə götürür. Əgər imtahanlar da eyni qurumun əlində olarsa, təhsilin nəticələrini obyektiv ölçmək çətinləşər. İllər ərzində qəbul sisteminə qazanılan etimadın əsasında da məhz bu müstəqillik dayanır".
Müsahibimiz əlavə etdi ki, DİM artıq sırf təhsil qurumu deyil:
"Dövlət qulluğuna qəbul, peşəkar sertifikatlaşdırma və müxtəlif sahələr üzrə imtahanlar da onun üzərindədir. Bu funksiyaları bir nazirliyin tərkibinə daxil etmək sistemi sadələşdirməz, əksinə mürəkkəbləşdirər. Dünya təcrübəsi də fərqli modellər göstərir. Bir çox ölkədə imtahan mərkəzləri nazirliklə sıx əlaqədə, amma ayrıca qurum kimi fəaliyyət göstərir. Türkiyənin ÖSYM-i kimi qurumlar isə tam müstəqildir. Ortaq məntiq eynidir: qiymətləndirmə ilə tədris bir-birinə bağlı olmalı, amma bir-birinin içində əriməməlidir. Bununla belə, bu iki qurum arasında daha sıx əməkdaşlığa ehtiyac var. Məktəb kurikulumu ilə imtahan modelinin uyğunlaşdırılması, buraxılış imtahanlarının məzmunu, şagird nailiyyətlərinin təhlili kimi məsələlər birgə yanaşma tələb edir".
Onun sözlərinə görə, rəhbərlik dəyişikliyi bu əməkdaşlığın yeni mərhələyə keçməsi üçün yaxşı fürsət ola bilər:
"Bir sözlə, DİM ilə nazirliyin birləşməsi deyil, onların daha yaxşı birlikdə işləməsi gündəmdə olmalıdır. Deməli, gələcəyin modeli birləşmə yox, müstəqil, amma bir-birini tamamlayan iki qurumdur. Ən böyük sərvət isə cəmiyyətin imtahanlara olan etimadıdır, onu qorumaq lazımdır".
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 19 Noyabr 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















