Icma.az
close
up
RU
Azərbaycanın təhlükəsizlik orqanlarının şərəfli və zəngin fəaliyyət tarixi vardır

Azərbaycanın təhlükəsizlik orqanlarının şərəfli və zəngin fəaliyyət tarixi vardır

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Bu gün Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümüdür.
Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.
Azərbaycanın təhlükəsizlik orqanlarının şərəfli və zəngin fəaliyyət tarixi vardır. Ulu öndər Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlanmış, dövlət təhlükəsizliyi orqanlarının şəxsi heyətində yerli və milli kadrların irəli çəkilməsi, sayının artırılması və onların azərbaycançılıq ruhunda tərbiyəsi yeni nəsil milli kadrların formalaşmasına səbəb olmuşdur.
Bu uzaqgörən siyasət Ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə tamamilə yeni mərhələyə daxil oldu,
Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncama əsasən, martın 28-nin Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən Peşə bayramı kimi qeyd olunmaqla bu dövlət qurumuna xüsusi etimadın nümunəsini nümayiş etdirdi.
Milli təhlükəsizlik amilinə xüsusu diqqətlə yanaşan Prezident İlham Əliyevin müdrik addımları bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə olunmasında müstəsna rol oynayıb. Cənab Prezidentin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması təhlükəsizlik orqanlarının fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşmasına, antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb.
Zəfərlə başa çatan Vətən müharibəsində düşmənə sarsıdıcı zərbənin vurulmasında və şanlı qələbənin qazanılmasında, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının rolu da mühüm əhəmiyyətə malikdir.
Bu gün azad edilmiş ərazilərimizdə, Şuşa, Xankəndi, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı və digər rayonlarımızda DTX-nin yerli şöbələri xidmət göstərir.
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 106 illiyi və Peşə Bayramı münasibətilə dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının əməkdaşlarını səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə Vətənin etibarlı müdafiəsi və təhlükəsizliyi, daha da qüdrətlənməsi naminə şərəfli xidmətlərində uğurlar arzulayıram!.
Vaqif Abdullayev, siyasi elmlər doktoru professor
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 Mart 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see208

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see167

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see162

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri