Icma.az
close
up
RU
Bakı Dövlət Universitetində AZƏRTAC ın xüsusi auditoriyası açılıb

Bakı Dövlət Universitetində AZƏRTAC ın xüsusi auditoriyası açılıb

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yanvarın 22-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) media və təhsil sahələri arasında əməkdaşlığın inkişafına töhfə verəcək xüsusi auditoriyasının açılışı olub.

Tədbirdə universitetin və AZƏRTAC-ın, həmçinin bir sıra media qurumlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar, müəllimlər iştirak ediblər.

BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, AZƏRTAC kimi nüfuzlu media qurumunun tələbələrin praktik biliklərinin artırılması sahəsində gördüyü işlər daim inkişafın və keyfiyyətin göstəricisi olub. “Agentliyin xüsusi auditoriyasının da gələcəkdə bilik və peşəkarlığın formalaşdığı mühüm bir məkana çevriləcəyinə ürəkdən inanırıq. Biz materiallar hazırlayarkən daim AZƏRTAC-ın xəbərlərinə istinad edirik. Xəbərlərin dəqiqliyi, operativliyi və fotomaterialların yüksək keyfiyyəti AZƏRTAC-ı etibarlı informasiya mənbəyi kimi fərqləndirir. Bu gözəl auditoriya üçün təşəkkürümü bildirir, onun fəaliyyətinə uğurlar arzulayıram”, - deyə rektor bildirib.

Rektor çıxışını davam etdirərək auditoriyanın fəaliyyətinin yalnız tədris prosesini zənginləşdirməklə qalmayacağını, həm də tələbələrin praktik bacarıqlarını inkişaf etdirməyə, media sahəsində innovativ layihələr həyata keçirməyə şərait yaradacağını vurğulayıb.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev bildirib ki, Bakı Dövlət Universiteti ölkəmizin ən qocaman ali məktəbi, jurnalistlər də daxil olmaqla bir çox sahə üzrə cəmiyyətə faydalı mütəxəssislər yetişdirən qabaqcıl təhsil ocağıdır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin də məzunu olduğu bu müqəddəs təhsil ocağı, bu gün də cəmiyyətimiz üçün ziyalılar yetişdirməkdə davam edir, minlərlə gəncə müasir standartlara uyğun biliklər aşılayır. Universitetin Jurnalistika fakültəsi isə ölkəmizdə peşəkar jurnalist kadrlarının hazırlanmasında mühüm rol oynayır.

“Mən tariximizin iki rəqəmini xüsusi vurğulamaq istəyirəm – 1919-cu və 1920-ci illər. Bu tarixin birincisi Bakı Dövlət Universitetinin, ikincisi isə Azərbaycan Dövlət İnformasiya Agentliyinin yarandığı illərdir. Bu il artıq universitetimiz 107, Agentliyimiz isə 106 yaşını qeyd edəcək.

Məmnuniyyətlə bildirməliyəm ki, AZƏRTAC-la Bakı Dövlət Universiteti arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Xüsusilə Jurnalistika fakültəsinin tələbələrinin AZƏRTAC-da təşkil olunan təcrübə proqramları onlara müasir media standartlarını dərindən mənimsəməyə şərait yaradır. Təcrübə proqramını uğurla başa vuran bəzi tələbələr Agentlikdə işlə təmin olunurlar”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.

O qeyd edib ki, Jurnalistika fakültəsində Agentliyin xüsusi auditoriyasının açılması bu fakültənin tələbələri üçün AZƏRTAC-ı daha əlçatan edəcək.

BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli qeyd edib ki, Bakı Dövlət Universiteti və AZƏRTAC milli maraqlara söykənən, ictimai məsuliyyət daşıyan və xalqla sıx bağlı qurumlardır. Bu iki nüfuzlu qurum arasındakı əməkdaşlıq olduqca uğurlu və nümunəvidir. Xüsusilə BDU-nun Jurnalistika fakültəsinin tələbələrinin AZƏRTAC-da istehsalat təcrübəsi keçməsi, daha sonra peşəkar jurnalist kimi burada fəaliyyətə başlaması bu əməkdaşlığın real və müsbət nəticəsidir. Bu proses gənc kadrların formalaşmasına, onların media sahəsində praktik bilik və bacarıqlar qazanmasına mühüm töhfə verir.

“Bu uğurlu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə inanır, hər iki quruma fəaliyyətlərində yeni nailiyyətlər arzulayıram”, - deyə professor vurğulayıb.

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov çıxışında Bakı Dövlət Universitetində keçirilən tədbirlərin birində xüsusi auditoriya ideyasının səsləndirildiyini xatırladıb. O qeyd edib ki, xüsusi auditoriyaların yaradılması bundan sonrakı tədbirlərdə də tələbələr üçün ciddi stimul olacaq. “Bu cür layihələr gənclərin peşəkar inkişafına, media mühitinə daha yaxından inteqrasiyasına mühüm töhfə verir. Mən əminəm ki, bu iş gələcəkdə də ardıcıl və davamlı şəkildə inkişaf edəcək”, - deyə Ə.İsmayılov vurğulayıb.

AZƏRTAC-ın bu ideyanı uğurla reallaşdıraraq onu praktik və faydalı bir layihəyə çevirdiyini vurğulayan Ə.İsmayılov deyib: “Bu təşəbbüs həm xoş xatirələr yaradır, həm də çox uğurlu bir təcrübə kimi yadda qalır”.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid AZƏRTAC-ın xüsusi auditoriyasının uğurlu bir ideyanın gerçəkləşməsinin davamı kimi qiymətləndirərək deyib: “Bu təşəbbüsün əsasında təcrübəli ziyalılarımızın, ağsaqqallarımızın dəyərli tövsiyələri dayanır. BDU-nun Jurnalistika fakültəsinin tələbələrinin hər zaman ürəyindən AZƏRTAC-da çalışmaq arzusu keçib. Bu arzu təsadüfi deyil. Gənclərin AZƏRTAC-da fəaliyyət göstərməsi onların peşəkar formalaşması baxımından olduqca uğurlu və səmərəli nəticələr verir. Bu uğurlu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə və daha geniş miqyas alacağına inanırıq”.

Azərbaycan Respublikası Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov isə bildirib ki, medianın peşəkar kadrlara hər zaman ehtiyacı var. Bu auditoriyaların hər biri məhz bizim tələbələrimiz üçün nəzərdə tutulub və onların bilik, bacarıq və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Yanvar 2026 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri