Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

2027 ci ildən Bakıya köç daha da artacaq?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”

“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı Azərbaycanın Vətən müharibəsi dövründə üzləşdiyi beynəlxalq siyasi vəziyyətə toxunub.

Dövlət başçısı Azərbaycanın müharibə zamanı Ermənistanın arxasında dayanan böyük dövlətlərə qarşı təkbaşına mübarizə apardığını və ATƏT-in Minsk qrupunun həmsədrlərinin də Azərbaycana qarşı mövqe tutduğunu bildirib.

Prezidentin fikirləri Azərbaycanın Qarabağ münaqişəsinin həlli ilə bağlı uzun illər davam edən diplomatik prosesdə üzləşdiyi vəziyyəti və Minsk qrupunun fəaliyyətinin nəticələrini yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Tural İsmayılov bildirib ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı uzun illər davam edən beynəlxalq diplomatik prosesin mahiyyətini anlamaq baxımından əhəmiyyətlidir:

"Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi "Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi” fikri Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı otuz ilə yaxın davam edən beynəlxalq diplomatik prosesin mahiyyətini anlamaq baxımından son dərəcə əhəmiyyətlidir. Minsk qrupunun fəaliyyətinə nəzər saldıqda ortaya ciddi paradoks çıxır. Bu qurum münaqişənin həlli üçün yaradılmışdı, lakin üç onillik ərzində münaqişənin həllinə nail olmadı. Azərbaycan torpaqlarının işğalı davam etdiyi halda, vasitəçilik prosesi faktiki olaraq nəticəsiz görüşlər, bəyanatlar və çağırışlar silsiləsinə çevrildi. İşğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması istiqamətində real və məcburedici mexanizm ortaya qoyulmadı”.

Politoloqun sözlərinə görə, Minsk qrupunun fəaliyyətinin əsas problemlərindən biri münaqişənin həlli ilə bağlı konkret nəticənin əldə olunmaması idi:

"Vasitəçilik adı altında yaradılmış mexanizm nəticə etibarilə status-kvonun uzun müddət qorunmasına şərait yaratdı. Azərbaycan diplomatik masada işğal olunmuş ərazilərinin azad edilməsini tələb edirdi, lakin prosesin tempi daha çox danışıqların davam etdirilməsinə xidmət edirdi. Halbuki diplomatiyanın məqsədi sadəcə danışıqları davam etdirmək deyil, problemin həllinə nail olmaqdır. Burada xüsusilə Minsk qrupunun həmsədrlərinin məsuliyyəti məsələsi ortaya çıxır. Rusiya, ABŞ və Fransanın dünyanın aparıcı siyasi və diplomatik gücləri sırasında olması onların təsir imkanlarının geniş olduğunu göstərirdi. Bu dövlətlərin münaqişənin həlli istiqamətində daha konkret siyasi mövqe ortaya qoymaq imkanları var idi. Lakin uzun müddət ərzində Azərbaycanın qarşılaşdığı əsas reallıq dəyişmədi və torpaqlar işğal altında qalmaqda davam etdi”.

 

T. İsmayılov qeyd edib ki, Prezidentin "bütün o böyük dayılar bizə qarşı idi” ifadəsi həmin dövrdə Azərbaycanın üzləşdiyi geosiyasi vəziyyətin siyasi təsviri kimi qiymətləndirilə bilər:

"Azərbaycan bir tərəfdən öz ərazi bütövlüyünü müdafiə edir, digər tərəfdən isə beynəlxalq vasitəçilik mexanizminin yaratdığı məhdudiyyətlərlə üzləşirdi. Burada məsələ Azərbaycanın kiminsə əleyhinə olması deyildi. Məsələ Azərbaycanın milli maraqları ilə mövcud beynəlxalq vasitəçilik mexanizminin yaratdığı nəticə arasındakı ziddiyyət idi. Minsk qrupunun ən böyük problemi də məhz bundan ibarət idi. O, münaqişənin həlli üçün yaradılmışdı, lakin uzun illər ərzində işğal faktını aradan qaldıra bilmədi. Nəticəsiz proses davam etdikcə Azərbaycan cəmiyyətində də bu mexanizmə olan inam zəifləyirdi. 2020-ci il bu mənzərəni kökündən dəyişdi. Azərbaycan öz hərbi-siyasi gücü hesabına illərlə həll edilməyən məsələyə yeni reallıq gətirdi. Burada söhbət yalnız hərbi əməliyyatdan getmir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan diplomatik mexanizm nəticə vermədiyi halda öz milli gücünü formalaşdırmaq və təhlükəsizliyini təmin etmək imkanına malik olduğunu nümayiş etdirdi. Bu baxımdan Minsk qrupunun fəaliyyətinə qiymət verərkən onun elan etdiyi məqsədlərlə faktiki nəticələri bir-birindən ayırmaq lazımdır. Onilliklərlə fəaliyyət göstərən və dünyanın aparıcı dövlətlərinin təmsil olunduğu vasitəçilik formatının münaqişəni həll edə bilməməsi ciddi siyasi suallar doğurur”.

T. İsmayılovun sözlərinə görə, Prezidentin çıxışında səslənən "biz təkbaşına” ifadəsi Azərbaycanın uzun illər ərzində formalaşdırdığı dövlət siyasəti baxımından da diqqət çəkir:

"Bu ifadə Azərbaycanın öz milli maraqlarını qorumaq üçün ilk növbədə öz gücünə söykənməsi siyasətini də xarakterizə edir. Azərbaycan uzun illər ərzində iqtisadi, hərbi və diplomatik potensialını gücləndirdi və nəticədə danışıqlar masasında dəyişməyən reallığı dəyişdirdi. Bu gün Minsk qrupunun fəaliyyəti artıq tarixi müstəvidə qiymətləndirilir. Onun mövcud olduğu dövrdə həll edilməyən münaqişə başqa siyasi reallıq çərçivəsində qiymətləndirilir. Buna görə Minsk qrupunun fəaliyyəti Azərbaycanın tarixində müəyyən mənada bir dərs kimi qalır: beynəlxalq vasitəçilik mühüm olsa da, dövlət öz milli maraqlarını qorumaq üçün ilk növbədə öz siyasi, iqtisadi və hərbi imkanlarını gücləndirməlidir. Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi nəticənin mühüm siyasi mənası da məhz bundan ibarətdir. Otuz ilə yaxın müddətdə diplomatik masada həll olunmayan məsələ yeni reallıqla nəticələndi. Minsk qrupunun tarix qarşısındakı əsas problemi isə budur: o, münaqişənin həlli üçün yaradılmışdı, amma münaqişənin həlli üçün lazım olan siyasi nəticəni təmin edə bilmədi”.

Fəridə Əsədzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 05 Oktyabr 2026 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see365

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see319

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see304

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see284

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see283

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see279

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see279

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see274

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see257

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see252

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see249

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see244

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see241

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see238

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see235

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see234

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see227

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see221

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see206

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri