Icma.az
close
up
RU
“Qarabağ illüziyalası bitib: Reallıq Azərbaycanın xeyrinədir

“Qarabağ illüziyalası bitib: Reallıq Azərbaycanın xeyrinədir

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Erməni politoloq Benyamin Matevosyanın fikrincə, sabiq prezident Levon Ter-Petrosyan və hazırkı baş nazir Nikol Paşinyan Qarabağ məsələsində eyni ideoloji mövqedədir. Matevosyan bildirib ki, hər ikisi “ermənilərin Qarabağa qayıdışı” mövzusunu bağlamağın tərəfdarıdır və sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan və Ermənistan arasında ticarət əlaqələrinin qurulmasını dəstəkləyir: “Levon Ter-Petrosyan böyük mənada Nikol Paşinyanın konsepsiyasının tərəfdarıdır: ermənilərin Qarabağa qayıdışı mövzusunu bağlamalıyıq. Üstəlik, Ter-Petrosyan Alen Simonyanın da fikirlərini dəstəkləyir. Alen Simonyana görə, sülh müqaviləsi imzalanan kimi, Azərbaycan və Ermənistan arasında ticarət başlayacaq. Dünən Ter-Petrosyanın özü də söylədi ki, ermənilər ticarətlə yaxşı məşğul olan xalqdır. Başqa sözlə, Nikol Paşinyan Qarabağla bağlı Ter-Petrosyanın etmək istəmədiyi bir iş (Azərbaycan ərazisi olaraq tanınması – red.) görməyib. Nikol Paşinyan Levon Ter-Petrosyanın konsepsiyasındadır. Yəni hər ikisi eyni ideoloji sahədədir”. Matevosyanın iddiasına görə, Ermənistanın digər keçmiş prezidenti Serj Sərkisyan da hakimiyyəti dönəmində bəzi məsələlərdə Nikol Paşinyanla eyni mövqedən çıxış edib: “Ermənistan-Türkiyə futbol diplomatiyası dövründə hakimiyyətin bəyanatlarını xatırlayın. Sadəcə adları dəyişin, Serj Sarkisyanın yerinə Nikol Paşinyanı qoyun, Abdullah Gülün yerinə Ərdoğanı. Görün nəsə fərq olurmu?”.


Siyas Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında  deyib ki,  erməni politoloqun açıqlaması Paşinyanın Qarabağ siyasətini sabiq prezidentlərin xəttinə bağlamağa çalışır, amma gerçək vəziyyət bundan qat-qat mürəkkəbdir:


 “ Levon Ter-Petrosyan və Serj Sərkisyan illərlə Qarabağ məsələsində yanlış prioritetlər seçdilər, diplomatik səhvlərə yol verdilər və erməni cəmiyyətini boş ümidlərlə oyandırdılar. Paşinyan isə onların buraxdığı boşluqları görmək məcburiyyətindədir, amma onun siyasəti də tam səhvsiz deyil. Qarabağla bağlı bəyanatlarda mövqeyi bəzən qeyri-müəyyən və populist xarakter daşıyır, daxili və xarici auditoriya üçün qarışıq mesajlar verir. Azərbaycan isə gücünü və strategiyasını açıq şəkildə ortaya qoyub, həm diplomatik, həm də hərbi sahədə sabit üstünlük nümayiş etdirir. Paşinyanın buna cavabı daha çox reaktiv xarakter daşıyır və sistematik bir plan kimi görünmür. Ermənistanın iqtisadi və siyasi strukturu isə hələ də köhnə zəncirlərdən qurtulmayıb, bu da Paşinyanın imkanlarını ciddi şəkildə məhdudlaşdırır”.


T. İsmayılovun fikrincə erməni politoloqun “sadəcə adlar dəyişib” ifadəsi ironikdir, amma gerçəklik daha sərtdir: həm sabiq prezidentlər, həm də Paşinyan əslində Ermənistanın strateji zəifliyini ört-basdır etməyə çalışır. Azərbaycan isə real diplomatiya və güc balansı ilə bölgədə təşəbbüsü əlində saxlayır: 

“ Paşinyanın bəzi addımları zəruridir, amma onların icrası da bəzən yetərincə cəsarətli və nəticəyönümlü deyil. Ermənistanda hakimiyyət dəyişir, ritorika dəyişir, amma regiondakı balans Azərbaycanın əlində qalır. Qarabağ məsələsi üzərində oyunlar aparmaq artıq mümkün deyil; Paşinyan da, sabiq prezidentlər də bu həqiqətlə üzləşməlidir. Azərbaycanın gücü və strateji sabitliyi isə heç vaxt əvvəlki erməni liderlərinin illüziyalarını yaşamağa imkan verməyəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Avqust 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri