Yüzlərlə “Porsche” və BMW avtomobili uzaqdan bloklandı Rusiya ŞOKDA…
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Rusiya mətbuatında və sosial mediada yer alan xəbərlərə görə, ölkə daxilində yüzlərlə “Porsche” və BMW avtomobilin qəfildən dayanması sürücülər arasında ciddi narahatlığa səbəb olub.
Telegram kanalı “Mash” tərəfindən paylaşılan məlumata görə, 2013-2019-cu illər arasında istehsal olunmuş çox sayda avtomobildə uzaqdan mühərrik immobilizatoru aktivləşdirilib. Bəzi nəqliyyat vasitələrinin hərəkət zamanı dayandığı, yenidən işə salınması cəhdlərinin uğursuz olduğu bildirilir.
Nəqliyyat vasitələri sahibləri nasazlıqların ardından evakuator çağırmaq məcburiyyətində qaldıqlarını və proqram təminatının yenidən proqramlaşdırılmasının olduqca baha başa gəldiyini bildirirlər.
Servis mərkəzləri problemin zavodda quraşdırılmış təhlükəsizlik sistemlərinin aktivləşdirilməsindən qaynaqlandığını bildirirlər. Rəsmilərin sözlərinə görə, dronlara qarşı istifadə edilən radioelektron anti-dron sistemləri avvtomobillərdə peyk əsaslı VTS və TCU modullarının işini pozur və bu vəziyyətdə avtomobilin, oğurluğun qarşısını almaq üçün özünü kilidlənməsinə səbəb olur.
Risq qrupuna “ConnectedDrive” sistemi və standart siqnalizasiya avadanlığı ilə təchiz olunmuş demək olar ki, bütün modellər daxildir. Bunlara “Porsche”nin 911, “Panamera” və “Cayenne” kimi modelləri daxildir. BMW-də isə 1-ci seriyadan 7-ci seriyaya qədər geniş çeşiddə modellər, eləcə də X seriyalı SUV-lar və idman versiyaları yer alır.
“Porsche”nin səlahiyyətli servis şəbəkəsi problemin mövcudluğunu təsdiqləsə də, BMW nümayəndələri rəsmi açıqlama verməkdən imtina edib. Mütəxəssislər, mövcud şəraitdə oxşar hadisələrn arta biləcəyi ilə bağlı xəbərdarlıq edirlər./baki.xeber
Oxunub 44
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 18 Yanvar 2026 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















