Icma.az
close
up
RU
Azərbaycanın tranzit məhdudiyyətlərini aradan qaldırmasına erməni politoloqdan REAKSİYA ÖZƏL

Azərbaycanın tranzit məhdudiyyətlərini aradan qaldırmasına erməni politoloqdan REAKSİYA ÖZƏL

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rəsmi Bakı İrəvana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb.
Bu barədə Prezident İlham Əliyev Astanada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə birgə mətbuata bəyanatında bildirib.
 

"Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub.


Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir", - deyə Dövlət başçısı qeyd deyib.
Təbii ki, Azərbaycanın atdığı bu addım çətin vəziyyətdə olan Ermənsitan iqtisadiyyatı üçün yeni nəfəs deməkdir.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən sülhməramlı təşəbbüsləri ilə tanınan erməni fəal, bloqer İşxan Verdyan hesab edir ki, sözügedən iqtisadi əlaqələr üçün Azərbaycanın yaratdığı imkanlar, İrəvanın iqtisadiyyatına müsbət təsir edəcək:
“Mən Ermənistanın Qazaxıstandan taxılı Azərbaycan üzərindən alacağı xəbəri olduqca dəyərli hesab edirəm. Bu, nəhayət, genişmiqyaslı iqtisadi inteqrasiya perspektivinin aça biləcəyi yolun ilk addımıdır. Təkcə Cənubi Qafqaz daxilində deyil, həm də qonşu regionlarla, yəni Qazaxıstan, Orta Asiya ölkələri və əlbəttə ki, Türkiyə ilə də iqtisadi perspektivləri gücləndirir”.
Verdyan əlavə edib ki, indi iki ölkə bu istiqamətdə qarşılıqlı addımlar ataraq, digər sahələr üzrə də əməkdaşlıq qura bilərlər:
“Bu prosesin yalnız taxıl tədarükü ilə məhdudlaşmamasını çox istərdim. Ümid edirəm ki, bunun ardınca digər sahələr - enerji resursları, maşınqayırma, sənaye və kənd təsərrüfatı məhsulları, eləcə də tranzit yükləri üzrə daşınmalar reallaşacaq.
Bütün bunlar Ermənistan iqtisadiyyatını canlandıra, ona yeni bir nəfəs verə və ölkəni həqiqi inkişaf yoluna çıxara bilər”, - deyə İ.Verdyan əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Oktyabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri