Azərbaycanın turizm potensialı Polşanın üç şəhərində nümayiş etdirilib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 6-dan 8-dək Azərbaycan Turizm Bürosu (ATB) Polşanın Qdansk, Poznan və Varşava şəhərlərində keçirilən “AVIAREPS Around the World Roadshow Poland 2026” tədbirində iştirak edib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə Polşan turizm sənayesinin 70-ə yaxın nümayəndəsi iştirak edib. Görüşlər zamanı Azərbaycanın turizm potensialı, tarixi-mədəni irsi, təbiət və dağ turizmi, həmçinin qış turizmi imkanları barədə məlumat verilib.
Tədbirlər çərçivəsində keçirilən işgüzar görüşlərdə iki ölkənin turizm sektoru arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.
“AVIAREPS” aviasiya, turizm və qonaqpərvərlik sahələrində fəaliyyət göstərən beynəlxalq təmsilçilik, marketinq və ictimaiyyətlə əlaqələr şirkətidir. 1994-cü ildə təsis olunan şirkət 71 ölkədə 76-dan çox ofis vasitəsilə fəaliyyət göstərir.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana səfər edən Polşa vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faizdən çox artaraq 9 351 nəfər təşkil edib.
Polşadan Azərbaycana səfərləri dəstəkləyən amillərdən biri birbaşa hava əlaqəsidir. “LOT Polish Airlines” aviaşirkəti Varşava-Bakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirir. Polşa vətəndaşları, həmçinin elektron viza sistemi vasitəsilə Azərbaycana səfər üçün viza əldə edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 09 Oktyabr 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















