Əlcəzairdə Azərbaycanın turizm və mədəniyyət potensialı nümayiş etdirilib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 23 iyun, AZƏRTAC
Əlcəzairin paytaxtında yerləşən Beynəlxalq Sərgi Sarayında keçirilən Əlcəzair Beynəlxalq Sərgisinin (SAFEX) açılış mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, açılışda Əlcəzairin Prezidenti Əbdülməcid Təbbun, hökumət üzvləri, xarici ölkələrin diplomatik nümayəndələri, iş adamları iştirak ediblər.
Azərbaycanın Əlcəzairdəki səfirliyi sərgidə xüsusi stendlə təmsil olunub. Stenddə ölkəmizin tarixi, mədəni irsi, turizm potensialı və müasir inkişafını əks etdirən videoçarxlar nümayiş etdirilib. Həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, turizmi, iqtisadiyyatı və Azərbaycan-Əlcəzair münasibətlərinə dair nəşrlər sərgi iştirakçılarına təqdim olunub.
Əlcəzairdəki səfirliyimizin sərgidə iştirakı ölkəmizin tanıdılması, Azərbaycan-Əlcəzair münasibətlərinin möhkəmləndirilməsi, eləcə də iqtisadi və mədəni əməkdaşlığın inkişafına töhfə baxımından əhəmiyyət daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 23 İyun 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















