Icma.az
close
up
RU
Azərbaycanın turizm potensialını tam kəşf etməyə nə mane olur? ARAŞDIRMA

Azərbaycanın turizm potensialını tam kəşf etməyə nə mane olur? ARAŞDIRMA

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Kür qırağının əcəb seyrangahı var.

Azərbaycanın böyük şairi Molla Pənah Vaqif bu sözləri təxminən 250 il bundan əvvəl Kür çayının əsrarəngiz təbii gözəlliklərə malik olan sahillərini vəsf edərkən deyib.

Bu gün isə Azərbaycanda nəinki həmin sahillərin, heç ölkənin digər ərazilərinin də turizm potensialından tam istifadə olunmur. Bəs buna nə mane olur? "Report" ölkənin turizm potensialının tam kəşf olunmamasının səbəblərini araşdırıb.

"Bəzi bölgələrdə turistlərin rahat hərəkəti üçün infrastruktur yoxdur"

“Azərbaycan Turizm Peşəkarları Təşkilatı” İctimai Birliyinin sədri Ceyhun Aşurov deyir ki, ölkəmiz təbii şəraiti və tarixi-mədəni irsi ilə seçilsə də, bəzi bölgələrdə turistlərin rahat hərəkəti üçün infrastruktur yox dərəcəsindədir, bu isə turizm potensialından tam istifadə etməyə imkan vermir: "Qarabağ və Şərqi Zəngəzurun turizm potensialından tam istifadə olunmaması başa düşüləndir, məlum səbəblər var. Amma Gəncə, Gədəbəy, Şəmkir, Zaqatala və Balakən kimi rayonların da turizm imkanlarının tam ortaya çıxarılmadığını müşahidə edirik. Bu ərazilərdə infrastrukturun kifayət qədər inkişaf etməməsi, nəqliyyatın rahat və sürətli olmaması əsas maneələrdir. Halbuki, həmin bölgələr təbiət və mətbəx baxımından böyük potensiala malikdir. Bu potensialın tam reallaşdırılması üçün təşviq proqramları, sahibkarlar üçün güzəştlər və beynəlxalq statusa malik olan regional hava limanlarının daha aktiv fəaliyyəti vacibdir. Dediyim bölgələr turizm bazarına daxil olsa, Azərbaycanın ümumi turizm göstəricilərinə yaxşı töhfə verə bilər".

“Turizm sektoruna sistemli yanaşma yoxdur"

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Samir Dübəndi hesab edir ki, Azərbaycanın heç bir bölgəsinin turizm potensialından tam istifadə olunmur: “Çünki, turizmin inkişafı istiqamətində görülən işlər pərakəndə şəkildə həyata keçirilir, bu sahəyə sistemli yanaşma yoxdur. Bəzən turizm mövsümündə bölgələrimizə aparan magistral avtomobil yolları təmirə bağlanılır və yaxud genişləndirilir, bu isə turistlərin normal hərəkətinə mane olur. Halbuki, sistemli yanaşma olsa, ölkənin turizm potensialından tam istifadə olunar, bölgələrdə xeyli sayda iş yerləri olar, bu isə regionların sosial-iqtisadi vəziyyətinə müsbət təsir göstərər. Bu baxımdan bələdiyyələrin də üzərinə müəyyən vəzifələr düşür. Yerli özünü idarəetmə orqanları öz ərazilərini turizm baxımından daha səmərəli idarə edə və inkişaf etdirə bilərlər".

"Dövlət və özəl sektor birgə çalışmalıdır"

İqtisadçı ekspert Xalid Kərimli isə hesab edir ki, Azərbaycanın turizm potensialını tam kəşf etmək üçün dövlət və özəl sektor birgə fəaliyyətini gücləndirməlidir: "Bir tərəfin iştirakı ilə ilə turizm sektorundakı problemlər həll edilə bilməz. Odur ki, dövlət və özəl sektor öz fəaliyyətini daha yaxşı koordinasiya etməlidir və bütün bölgələrin turizm potensialından istifadə olunmasına çalışmalıdır. Hazırda Azərbaycanın quru sərhədləri bağlıdır, amma yəgin ki nə vaxtsa açılacaq, ölkəyə giriş imkanları artacaq və bu, turizm potensialından daha yaxşı istifadə etməyə imkan verəcək".

Dövlət Turizm Agentliyinin açıqlaması

Dövlət Turizm Agentliyindən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, turizmin inkişafı siyasətinin əsas istiqamətləri sırasında Bakı ətrafında müşahidə edilən konsentrasiyanın regionlara daha adekvat yönləndirilməsi, inklüzivliyin dərinləşdirilməsi, biznes mühitinin dəstəklənməsi və investisiyaların artırılması mühüm yer tutur.

"Qiymət optimallığının təmin edilməsi, eləcə də dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi əsas prioritetlər sırasındadır. Bundan başqa, Prezidentin 2 avqust 2024-cü il tarixli fərmanı ilə Kəlbəcər rayonunda iki perspektivli ərazidə turizm və rekreasiya zonalarının yaradılması planlaşdırılır. Xızı-Xaçmaz, Quba, Qusar zonalarında isə ərazi planlaşdırılma işləri davam edir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklər də bölgələrdə yerləşmə xidmətlərinin inkişafına müsbət təsir göstərə bilər. 2024-cü il yanvarın 1-dən etibarən regionlarda fəaliyyət göstərən hotel və sanatoriyalara əmlak vergisində 75 % güzəşt tətbiq olunur. Bu dəyişiklik də əlavə sərmayələrin qoyulmasına və regionların iqtisadi inkişafına töhfə verəcək", - deyə açıqlamada qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://report.az
archiveBu xəbər 05 Fevral 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see252

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see241

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see202

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see199

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see196

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see180

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see173

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see152

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see144

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see137

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see132

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see132

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see127

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see125

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see125

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri