Icma.az
close
up
RU
Azərbaycanın vurulan təyyarə və helikopterləri ARAŞDIRMA

Azərbaycanın vurulan təyyarə və helikopterləri ARAŞDIRMA

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus J2-8243 reysi ilə uçan "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. İlkin ehtimallara görə təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb. “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.
Bu ölkəmizin tarixində baş verən ilk belə hadisə deyil. Əvvəlki illərdə də bir neçə təyyarə və helikopterimiz müxtəlif hücumlara məruz qalıb və qəzaya uğrayıb.
Bizim.Media hücuma məruz qalan hava nəqliyyatı vasitələrimizin siyahısını təqdim edir.
Yardıma gedərkən vurulan təyyarəmiz

12 dekabr 1988-ci ildə zəlzələdən zərərçəkmiş ermənilərə yardım göstərmək məqsədilə Azərbaycandan göndərilmiş “İL-76” təyyarəsi Ermənistanın Spitak rayonu yaxınlığında “Stinqer” raketi ilə vurulub. Nəticədə təyyarədə olan 77 azərbaycanlıdan cəmi 1 nəfər sağ qalıb. Həmin gün erməni terrorçuları Türkiyəyə məxsus olduğunu düşünərək Yuqoslaviyanın humanitar yük gətirən “An-12” təyyarəsini də vurub.
Qarakənd faciəsi

20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən “Mİ-8” vertolyotu vurulub. Nəticədə Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər və 3 nəfər ekipaj üzvü həlak olub. Həlak olanlar arasındakı yüksək vəzifəli şəxslər də olub.
Mülki helikopterə açılan atəş

28 yanvar 1992-ci ildə Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki vertolyot erməni terrorçuları tərəfindən vurulub, əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj üzvü həlak olub.
Növbəti erməni terroru
16 sentyabr 1993-ci ildə Naxçıvandan Zəngilana sərnişin və humanitar yük daşıyan vertolyot ermənilər tərəfindən atəşə tutulub. Pilot məcburiyyət qarşısında hava məkanını pozaraq İran ərazisinə enib. Qayda pozuntusuna rəğmən, İran tərəfi vertolyotu normal qarşılayaraq ertəsi gün Azərbaycana yola salıb.
Talibanın hücumu

5 iyul 2011-ci ildə Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus İL-76 təyyarəsi Əfqanıstanın Pərvan vilayətində qəzaya uğrayıb. Bakıdan Bəhram aerodromuna 18 ton yük aparan təyyarə ilə əlaqə iyulun 5-i axşam radələrində kəsilib. Sonradan İl-76-nın Əfqanıstanda NATO qüvvələrinə qarşı silahlı mübarizə aparan “Taliban” qruplaşması tərəfindən raketlə vurulduğu müəyyən olunub. Nəticədə yük təyyarəsinin göyərtəsindəki 5 Azərbaycan və 4 Özbəkistan vətəndaşı həlak olub.
Aprel döyüşləri

2 aprel 2016-cı il tarixində cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən Mi-24G tipli döyüş helikopterinin vurulması nəticəsində helikopterin pilotları – Urfan Vəlizadə, Təbriz Mustafazadə və Bəkir İsmayılov şəhid olub.
Müəmmalı “qəza”

2019-cu il, Bakı vaxtı ilə iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev şəhid olub. Həmin helikopterin qəzadan əvvəl atəşə tutulduğu iddia olunur.
Növbəti terror
Mayın 18-də Əfqanıstanın Dvayer hava limanında baş vermiş təyyarə qəzası baş verib. 18 may 2016-ci ildə Azərbaycanın Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı məlumatda bildirilib ki, təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə "Silk Way" şirkətindən icarəyə götürülüb.
Dvayerə Baqrandan (Əfqanıstan) gələn təyyarə yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvündən 7 nəfəri həyatını itirib. Lakin təyyarənin terrorçular tərəfindən vurulduğu ehtimal edilir.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:368
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Dekabr 2024 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri