Azərbaycanın və Səudiyyə Ərəbistanının müdafiə qurumları arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 22 oktyabr, AZƏRTAC
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının Müdafiə nazirlikləri arasında Birgə Hərbi Komitənin görüşündə iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətini Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili qəbul edib.
Daha sonra isə Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin baş direktoru general-mayor Saad bin Məhəmməd Əl-Kəsiri ilə görüş keçirilib.
Görüşlərdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının müdafiə qurumları arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Yekunda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliyi arasında keçirilmiş Birgə Hərbi Komitənin görüşünün Protokolu" imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 22 Oktyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















