Azərbaycanın Xalq artisti vəfat etdi
Icma.az, Pravda.az saytına istinadən bildirir.
Azərbaycanın Xalq artisti, tanınmış violonçel ifaçısı, professor Rasim Abdullayev vəfat edib
.
Bu barədə Xalq artisti, dirijor Ramiz Məlik (Aslanov) öz feysbuk hesabında paylaşım edib.
Qeyd edək ki, R.Abdullayev 1944-cü ildə Bakı şəhərində anadan olub. 1964–1972-ci illərdə Azərbaycan Dövlət Kamera Orkestrinin, 1970–2010-cu illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin solisti olub.

