Icma.az
close
up
RU
Attestat və imtahan arasındakı uçurum: Qiymətləndirmədəki kəskin fərq nə ilə bağlıdır?

Attestat və imtahan arasındakı uçurum: Qiymətləndirmədəki kəskin fərq nə ilə bağlıdır?

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Əla attestatla məktəbi bitirən abituriyentlərin 3,95 faizinin qəbul imtahanında 200 baldan aşağı nəticə göstərməsi ictimaiyyətdə ciddi suallar doğurub. Bu nəticə məktəbdaxili qiymətləndirmə sisteminin obyektivliyi və etibarlılığı ilə bağlı yeni müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, bu göstərici məktəblərdə qiymətləndirmə sistemindəki sistematik uyğunsuzluqların əlamətidir: 


“Əgər əla attestat alan məzunların 3,95 faizi cəmi 200 baldan aşağı nəticə göstərirsə, bu, ciddi problemdir. Bu, o deməkdir ki, məktəbdə verilən qiymətlərlə real bilik səviyyəsi arasında kəskin fərq var. Belə bir vəziyyət məktəbdaxili qiymətləndirmədə obyektivlik və şəffaflığın pozulduğunu göstərir”.

Ekspertin sözlərinə görə, bu uyğunsuzluq məktəblərdə qiymətlərin şişirdilməsi, qeyri-obyektiv yanaşmalar və müxtəlif təzyiqlərin nəticəsi ola bilər:

“Məktəblərdə qiymətləndirmə hansı meyarlara əsaslanır? Əla attestat hansı kriteriyalarla verilir? Bu suallar cavabsızdır. Bəzən müəllimlərə və məktəb rəhbərlərinə müxtəlif təzyiqlər olur – valideynlərdən, statistik göstəriciləri qorumaq istəyən rəhbərlikdən və s. Nəticədə süni şəkildə qiymətlər artırılır. Bu isə sistemin etibarlılığına zərbə vurur”.

R.Fikrətoğlu hesab edir ki, bu problemi aradan qaldırmaq üçün məktəbdaxili qiymətləndirmə sistemi təkmilləşdirilməli, onun üzərində nəzarət və monitorinq gücləndirilməlidir:

“Məktəblərdə qiymətləndirmə mexanizmi yenidən qurulmalı, monitorinq sistemləri tətbiq edilməlidir. Bu prosesdə müstəqil müşahidəçilər, yaxud elektron platformalardan istifadə oluna bilər. Məktəblərin qiymətləndirmə üzrə illik hesabatları hazırlanmalıdır ki, verilən qiymətlərlə qəbul imtahanı nəticələri müqayisə edilərək obyektivlik səviyyəsi ölçülsün”.

Ekspert hesab edir ki, yalnız illik nəticələrə əsaslanan qiymətləndirmə sistemi kifayət etmir və attestat qiymətləri daha geniş qiymətləndirmə modellərinə əsaslanmalıdır:

“Attestat qiymətləri yalnız il ərzindəki şagirdin dərsə davamiyyəti və müəllim rəyi ilə deyil, yekun və diaqnostik imtahanlarla ölçülməlidir. Eyni zamanda, məktəblər üzrə "obyektivlik indeksi" tərtib olunmalıdır. Bu indeks məktəbin verdiyi qiymətlərlə həmin şagirdlərin dövlət imtahanlarında əldə etdiyi nəticələrin uyğunluğunu göstərə bilər”.

Mütəxəssis müəllim və məktəb rəhbərlərinin bu sahədə məsuliyyətini də artırmağın vacib olduğunu vurğulayır:

“Əgər bir məktəbdə mütəmadi olaraq yüksək qiymətlər verilir, amma həmin məktəbin məzunları qəbul imtahanında zəif nəticə göstərirsə, bu, ciddi inzibati və peşəkar qiymətləndirməyə səbəb olmalıdır. Müəllimlər və rəhbərlər bilirlər ki, qiymətləndirmə həm də şagirdin haqqıdır. Bu haqq heç bir halda kəsilməməli, əksinə qorunmalıdır”.

Ekspert əlavə edib ki, bəzi hallarda əks situasiyalar da olur, yəni şagird məktəbdə zəif qiymət alır, lakin qəbul imtahanında yüksək nəticə göstərir. Bu da məktəblərdəki subyektiv yanaşmanın başqa bir formasıdır:

“Bəzən müəllimlər şəxsi münasibətlərə görə qiymətləri kəsə bilər. Məsələn, əgər şagird həmin müəllimin hazırlığına getmirsə, qiymətdə qərəz ola bilir. Bu hallar da araşdırılmalıdır. Qiymətləndirmə şəxsi münasibətə deyil, şagirdin real bilik və bacarığına əsaslanmalıdır”.

R.Fikrətoğlu onu da qeyd edib ki, qiymətləndirmə sistemindəki bu nöqsanlar təkcə ayrı-ayrı şagirdlərə yox, ümumilikdə təhsil sisteminin etibarlılığına zərbə vurur:

“Əgər məktəbdaxili qiymətləndirmə ilə qəbul imtahanı nəticələri arasında fərq varsa, bu, təhsil sistemində saxta uğur görüntüsü formalaşdırır. Təhsil yalnız statistika üçün deyil, real bilik və bacarığa əsaslanmalıdır”.

Bəsti Rəfizadə

Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 İyun 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri