Azərbaycanın xarici işlər naziri: Ermənistanla təmaslar cari ildə müşahidə olunan müsbət dinamikanın inkişafının göstəricisidir
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 26 dekabr, AZƏRTAC
Ermənistanla təmaslar son bir neçə ay ərzində baş tutub. Bütün bunlar 2025-ci ildə müşahidə olunan müsbət dinamikanın inkişafının göstəricisidir. Bu, gələcəkdə daha da genişlənmə ehtimalının əsasını qoyur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.
“Konkret misallara gəldikdə, məsələ ilə bağlı ekspertlər və beynəlxalq mərkəzlər artıq iki dəfə Ermənistana və Azərbaycana səfər ediblər. Bu səfərlər nəticəsində iş birliyi və qarşılıqlı anlaşma istiqamətində müəyyən irəliləyişlər müşahidə olunub. İnanmaq olar ki, bu proseslər 2026-ci ildə də davam edəcək”, - deyə Azərbaycanın xarici işlər naziri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 26 Dekabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















