“Ermənistanla imzalanmış bəyannamə Azərbaycanın siyasi iradəsinin bariz göstəricisidir Şavkat Mirziyoyev
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qədim ticarət mərkəzlərindən biri kimi tanınan Qəbələdə olmaqdan qürur duyuram. Bu qədim diyarın tarixi, mədəni irsi və inkişaf potensialı bizə türkdilli ölkələr arasında əməkdaşlığın dərin köklərə malik olduğunu bir daha xatırladır".
525.az xəbər verir ki, bu sözləri Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göstərdiyi qonaqpərvərliyə görə səmimi təşəkkürünü bildirib.
“Ermənistanla imzalanmış bəyannamə regionda sülhün və sabitliyin bərqərar olması istiqamətində mühüm addımdır. Bu nailiyyət Azərbaycanın siyasi iradəsinin və liderliyinin bariz göstəricisidir.
Biz dünyanın güclü dövlətləri ilə əməkdaşlığı davam etdirməli və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın regionda sabitlik və tərəqqi uğrunda göstərdiyi səyləri yüksək qiymətləndirməliyik. Hesab edirəm ki, qarşılıqlı əməkdaşlığımız çərçivəsində daha sıx və müntəzəm görüşlər keçirilməlidir. Bu, bizim siyasi dialoqumuzun intensivləşməsinə və ortaq hədəflərimizin reallaşmasına əlavə təkan verəcək”, - deyə Şavkat Mirziyoyev əlavə edib.
Baxış sayı:45
Bu xəbər 07 Oktyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















