Icma.az
close
up
RU
Azərbaycanın xarici siyasətində Şərq və Asiya istiqamətləri ön planda Ekspert

Azərbaycanın xarici siyasətində Şərq və Asiya istiqamətləri ön planda Ekspert

Icma.az bildirir, 525.az portalına istinadən.

“Azərbaycanın xarici siyasətində son illərdə müşahidə edilən ən mühüm tendensiyalardan biri coğrafi istiqamətlərin şaxələndirilməsidir. Bu konteksdə, Şərq və Asiya istiqamətləri ön plana çıxır.

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) Şərqi Asiya üzrə eksperti Vüsal Quliyev deyib.

Onun sözlərinə görə, bu, bir tərəfdən ölkənin iqtisadi və siyasi maraqlarını daha geniş coğrafiyada müdafiə etmək məqsədi daşıyırsa, digər tərəfdən də dəyişən qlobal güc balansına uyğunlaşmaq strategiyasıdır:

“Azərbaycan bu bölgələrdə müxəlif platformalar vasitəsilə həm ikitərəfli əlaqələri dərinləşdirməyə, həm də çoxtərəfli əməkdaşlıq təmaslarını gücləndirməyə səy göstərir. Asiya regionu, xüsusilə də Çin, bu baxımdan strateji əhəmiyyət daşıyır”.

Ekspert bildirib ki, Çin-Azərbaycan münasibətlərinə gəldikdə, burada ciddi perspektivlər var: “İki ölkə arasında əməkdaşlıq təkcə iqtisadi deyil, həm də nəqliyyat, enerji və rəqəmsal texnologiyalar sahələrini əhatə edir. Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələr, Çin üçün Avropaya alternativ bağlantı imkanları təqdim etdiyi kimi, Azərbaycan üçün də Çin bazarına və nəhəng Asiya iqtisadi sisteminə inteqrasiya şansı yaradır. Bundan əlavə, “Bir Kəmər, Bir Yol” təşəbbüsündə Azərbaycanın rolu getdikcə artır və bu, ölkəmizi Çin üçün mühüm strateji tərəfdaşa çevirir”.

V.Quliyev əlavə edib ki, İkinci Qarabağ müharibəsindən sonra Qərbdə, xüsusilə bəzi Avropa dairələrində Azərbaycanın əleyhinə yönəlmiş qərəzli siyasətin müşahidə olunması, Bakı üçün yeni strateji tərəfdaşlar axtarışını aktuallaşdırdı: “Əlbəttə ki, Çin ilə münasibətlərin genişləndirilməsi təkcə alternativ siyasi dəstək axtarışı deyil, həm də yeni iqtisadi və strateji imkanlara çıxış vasitəsi kimi görülməlidir. Beləliklə, Qərbin ikili standartlara əsaslanan yanaşması Azərbaycanın Şərq siyasətinə daha çox önəm verməsinə əlavə təkan verdi.  Bu baxımdan, Çin ilə gücləndirilən konstruktiv təmaslar və strateji bağlar, Azərbaycanın beynəlxalq arenada milli maraqlarını daha effektiv şəkildə qorumağı baxımından əhəmiyyətlidir”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Aprel 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri