Icma.az
close
up
RU
İlham İsmayılın sərbəst buraxılmasının səbəbi məlum oldu

İlham İsmayılın sərbəst buraxılmasının səbəbi məlum oldu

News24 saytına istinadən Icma.az xəbər verir.

Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi üzrə ittiham irəli sürülən təhlükəsizlik üzrə ekspert İlham İsmayılın Nəsimi Rayon Polis İdarəsindən sərbəst buraxılmasının səbəbi açıqlanıb. İ.İsmayıldan 20 min dolları mənimsənildiyinə görə şikayətçi olan Sumqayıt şəhər sakini Emin Məmmədzadə deyib ki, adıçəkilən şəxsə 1 ay müddətinə vaxt verilib.

News24.az xəbər verir ki, onun sözlərinə görə, İlham İsmayıl barədə başqa bir nəfər də şikayət edib: “İlham İsmayıl 170 min ABŞ dolları da həmin şəxsdən alıb. Onu 48 saat saxladılar ki,  pullarımızı geri versin. Cinayət işi açıldığı halda İlham İsmayılı azadlığa buraxıblarsa, o demək deyil ki, dələduzluq maddəsi adından götürülüb. O bizə heç bir pul geri qaytarmayıb. Dedi ki, həbsdə ola-ola pulu qaytara bilmərəm, çıxım, evimi, maşınımı satım, pulları qaytarım. İlham İsmayılın şəxsən özünə ötən ilin noyabrında verdiyim 20 min dollar pulumu qaytarmır, 10 aydır, müxtəlif bəhanələrlə oğlu ilə birgə məni aldadır. Buna görə də sentyabrın 12-də Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində barəsində cinayət işi qaldırılıb. İdarədən mənə müstəntiq dedi ki, İlham İsmayılın dilindən izahat alınıb, bir ay müddətində pulu qaytaracaq. Özüm də izahatı oxudum. Müstəntiq bildirdi ki, bir ay müddətində pulu qaytarmasa, bir aya cinayət işi də yekunlaşır, işi məhkəməyə göndərəcəyik, o zaman artıq İlham İsmayıl həbs olunacaq. Özünə də deyildi ki, müəyyən xidmətlərinə görə 48 saatdan sonra azadlığa buraxırıq, pul ödənilməlidir”.

Qeyd edək ki, iş məhkəməyə göndərilərsə və faktlar təsdiqini taparsa, İ.İsmayılı dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya  bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. (Pravda.az) 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 Sentyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri