Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

Texnologiya əsrində Azərbaycanın rolu Ekspert RƏYLƏRİ

Texnologiya əsrində Azərbaycanın rolu Ekspert RƏYLƏRİ

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyanın inkişaf etmiş bütün ölkələrində yeni texnologiyaların tətbiqi sahəsinin inkişaf etdirilməsi istiqamətində ardıcıl addımlar atılır. İnformasiya kommunikasiya texnologiyalarından səmərəli istifadə çağdaş dövrdə ölkələrin iqtisadi rəqabət qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Donald Trampın ABŞ-nin 47-ci prezidenti kimi and içməsi, həm ölkədaxili siyasətdə, həm də qlobal iqtisadiyyatda mühüm təsirlər yarada biləcək bir hadisədir. Xüsusilə onun inauqurasiya mərasimində dünyanın ən tanınmış texnologiya liderlərinin iştirakı texnoloji gələcək barədə maraqlı suallar doğurur. Mark Zukerberq (Meta), Ceff Bezos (Amazon), Sundar Pichai (Google), Tim Kuk (Apple), İlon Mask (Tesla və SpaceX), Sam Altman (OpenAI) və Shou Zi Chew (TikTok) kimi adlar tədbirdə yer alıb.
Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə sahəsindəki inkişaf səviyyəsinə görə iqtisadiyyatın digər sahələri ilə müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. Mövcud informasiya və rabitə sahələrinin intensiv və yüksək səviyyədə inkişafını, yeni xidmət növlərinin, o cümlədən mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması və genişlənməsi ilə səciyyələndirmək olar. Azərbaycanın da sosial-iqtisadi həyatında mühüm rol oynayan bu sahə inkişaf səviyyəsinə görə bir çox ölkələrdən fərqlənir. Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin tərkib hissəsidir.

Azərbaycanda İKT-nin inkişaf dinamikası, uğurla həyata keçirilən neft strategiyası nəticəsində ölkəyə olan inamın artması, beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq nümunələri, yüksək texnologiyaya əsaslanan iqtisadiyyatın formalaşması üzrə qarşıya qoyulan vəzifələr, dövlət siyasətinin tərkib hissəsi kimi İKT sahəsinə göstərilən böyük diqqət və qayğı, ölkəmizin yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində böyük uğurlar qazanacağına zəmanət verir.
Mütəxəssislər bildirirlər ki, gələcəkdə müharibələr dövlətlərin nizami orduları arasında deyil, müasir İT vasitələri ilə silahlanmış, yüksək hazırlıq görmüş, əsəs məqsədi qarşı tərəfin informasiya resurslarını ələ keçirmək və ya nəzarətdə saxlamaq olan xüsusi qruplar arasında aparılacaq.
Məsələ ilə bağlı İT mütəxəssisi Elvin Abbasov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, biri var ki, istehsalçı ölkə, biri də var istehlakçı ölkələr:
“İstehsalçı ölkələr ümumiyyətlə atılımçı və zərbəçidirlər. Onlar daim böyük risklər edərək, böyük maliyyələr xərcləyirlər. Bunun nəticəsində də innovasiyaya cəhətdən qabaqcıl ölkələrə çeviriblər. Təkcə bu istiqamətdə yox, elə bütün istiqamətlərdə kənd təsərrüfatı, səhiyyə, maliyyə sektoru və bütün sahələrdə də onlar bu kultura ilə hərəkət edirlər. Buna misal kimi ABŞ, Çin, Yaponiya və Avropanın bəzi ölkələrini nümunə göstərmək olar. Bunlar daim böyük investisiyalar xərcləyərək, böyük texnologiyalar əldə edirlər. Təbii ki, bu da onları istehsalçı ölkələrə çevriliblər. Daim bu kulturayla inkişaf edirlər. Biri də var ki, maliyyə xərcləmə baxımından mühafizəkar ölkələr, hansı ki, onlar ancaq istehlakçı ölkə kimi qalırlar. Buna da bir çox ölkələri aid etmək olar”.
Mütəxəssis deyib ki, istehlakçı ölkə kimi yaşamaq ümumiyyətlə, qəbuledilməzdir:
“Yəni, bu istehsalçı ölkələrin müstəmləkəsi altında yaşamaq deməkdir. Onlar istehsal edir, biz isə istehlak edirik. Təəssüflər olsun ki, nə qədər də mühafizəkar, yəni maliyyə xərcləmə baxımından mühafizəkarlıq olursa, bir o qədər də texnologiya baxımından geri qalır. Bu zaman da ideyalar üzə çıxa bilmir. Buna görə də böyük şirkətlər Azərbaycan və Azərbaycan kimi ölkələri maraqlı hesab etmir. Çünki ölkələrdə insan kapitalının yetişməsi üçün mühit yaranmalıdır. Geniş mühitlər daha innovativ, istehsalçı ölkələrdə var. Azərbaycan, Gürcüstan, Ermənistan və elə İran, Türkiyənin özü olsun ki, onlar sadəcə hərbi sənayədə inkişaf edirlər. Amma digər sənayelərdə çox geridir. Rusiya artıq aparıcı bayrağı yerə qoyub. Sovet dövrü kulturasını, kosmos sənayesi inkişaf elətdirə bilmədi və bunun kimi bir çox sənayədə təəssüf ki, o da artıq istehlakçı ölkəyə çevrildi. Rusiya sanksiyalardan sonra kiçik cəhdlər edərək nələrsə əldə etmək istəyir, amma sanksiyalar göstərdi ki, Rusiya istehlakçı ölkə imiş, istehsalçı ölkə yox. Təbii ki, indi hər ölkədə kiçik nələrsə var, amma ümumi baxanda bunlar çox kiçikdir”.
E.Abbasov əlavə edib ki, ABŞ son seçimlərində gücünü göstərdi:
“Tramp öz gücünü yox, Amerikanın gücünü göstərdi. Amerikanı dünyanın texnologiya nəhənglərinin yanında tutaraq gələcəyin portretini göstərdi. Və o, şüuraltı, psixolojik olaraq, digər ölkələrə artıq öz yol xəritəsini göstərdi ki, o, gələcəkdə hansı yönümlü addımlar atacaq. Orada bir güc göstərisi var idi. Təəssüflər olsun ki, isteklakçı ölkələr öz talelərini özləri həll edirlər. Ölkələrin innovasiyaya yatırımları çox azdır, insan kapitalına yatırımlara çox azdır. İnsan kapitalının inkişaf etməsi üçün yaratdıqları mümkün bir şərait çox azdır. Bunların hər birisi Azərbaycana da şamildir. Azərbaycan da o cümlədən istehlakçı bir ölkədir. İstehsalçı ölkəyə çevrilməsi üçün mühit yaranmalıdır. Mühit yaranması üçün düşünün ki, şoran bir torpağı, münbit torpağa çevirmək üçün necə bir metodologiyadan istifadə olunmalıdır, nə qədər böyük xərclər olunmalıdır ki, o torpaq münbitləşdirilsin. Nəticə etibarilə bu məsələyə Azərbaycanın prizmasından baxmalı olsaq, deyə bilərik ki, Azərbaycan istehlakçıdan çıxıb istehsalçı ölkəyə çevirmək üçün insan kapitalını daha çox investiya yatırmalıdır”.
Ekspert ölkəmizdə işlərin getdiyini vurğulayıb:

“İnsan kapitalına yatırım var, amma bunlar kifayət deyil. Bu bir kulturadır, kultura yaranmalıdır və bunların hər birisi nəticədə rəqəmsal iqtisadiyyata təsiri olacaq. İnsan kapitalı inkişaf etdikcə ölkədə həm rəqəmsal iqtisadiyyat inkişaf edəcək, həm də münbit şərait yaranmış olacaq ki, münbit şərait olduqdan sonra artıq ölkəmizdən məhsullar çıxacaq. Bu zaman biz istehlakçı ölkədən çıxıb istehsalçı bir mövqeyə yerləşəcəyik. Daha sonra biz də beynəlxalq rəqabətçiliyə qoşulacağıq. Təəssüflər olsun ki, hazırda ölkəmizdə bu addımlar yeni-yeni atılır. Bildiyiniz kimi, hələ ölkənin fiberoptik infrastrukturu keçən il sonlandı, artıq 100 % nəticə demək olar ki, əldə olunub. Bununla yanaşı da həmçinin ölkədə keçən il İT sahəsində insan kapitalının inkişafı üçün kifayət qədər böyük məbləğlər xərclənildi. Artıq startup saylarımız demək olar ki, artıbdır. Azərbaycanda rəqəmsal məhsullar var, amma toxum müstəvisindədir. O toxumların bar verib, məhsul olaraq geri dönməsi üçün və iqtisadiyyatımıza təsiri olması üçün intensivlik olmalıdır, daha çox kapital olmalıdır. Azərbaycan da bu istiqamətdə qanunvericiliyini daim inkişaf etdirir. Artıq bizdə bir çox qanunvericilik bu məsələni dəstəkləyir. Ölkədə rəqəmsal transformasiya artıq vahid bir konsepsiya əsasında həyata keçir. Bunların hər birisi bəyənilən addımlardır, amma gecikmiş addımlardır. Daha çox çalışmalıyıq ki, şoran torpağımızı münbitləşdirək”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərlinin sözlərinə görə, beynəlxalq analitik mərkəzlərin hazırladıqları hesabatlarından çıxan nəticə budur ki, yaşadığımız dövrdə informasiya-kommunikasiya işi böyük ölçüdə yeni media alətlərindən istifadə etməklə qurulur:

“Rəqəmsal transformasiya, onlayn informasiya resurslarının inkişafı, sosial media platformalarının çoxalması yaşadığımız dövrdə informasiya-kommunikasiya prosesini həm kəmiyyət, həm də keyfiyyət baxımından dəyişir. Xüsusi olaraq “süni intellekt” (Sİ / Aİ) əsasında hazırlanan tətbiqlər bu sahədə yeni müstəvi yaradır. Təkcə məlumat ötürmək və ya məlumat almaq deyil, mətn qurmaq, dizayn etmək və sair bu kimi proseslər də “süni intellekt” proqramları vasitəsilə gerçəkləşdirilir. Məlumat üçün qeyd edək ki, son statistik məlumatlara əsasən, 2024-ci ildə dünyada sosial şəbəkə istifadəçilərinin sayı 5.2 milyard nəfəri ötüb. Bu, ümumilikdə dünya əhalisinin 63,8 faizinə bərabərdir. Yəni, dünya əhalisinin yarıdan çoxu informasiya mübadiləsini yeni texnologiyalar, yeni media alətlərindən istifadə etməklə qururlar.Proseslərin təhlili göstərir ki, yeni informasiya texnologiyalarının tətbiqi məqsədli şəkildə stimullaşdırılır. 2016-cı ildən etibarən, böyük investorlar maliyyə yatırımlarını birmənalı şəkildə rəqəmsal informasiya texnologiyalarının inkişafına yönəldirlər. ABŞ-nin 47-ci prezidenti kimi fəaliyyətə başlayan Donald Trampın da bu sahəyə xüsusi diqqət ayırması, Mark Zukerberq (Meta), Ceff Bezos (Amazon), Sundar Pichai (Google), Tim Kuk (Apple), İlon Mask (Tesla və SpaceX), Sam Altman (OpenAI), Shou Zi Chew (TikTok) kimi “Texnlogiya nəhənglər”nin təmsilçilərini özünün inaqurasiya mərasiminə çağırması təsadüfi deyil”.
Ekspert vurğulayıb ki, bu gün istər siyasət sahəsi olsun, istər iqtisadiyyat, sosial həyat və ya informasiya işi böyük mənada yeni informasiya texnologiyalarının təsiri altına düşür:
“Dövlətlər, şirkətlər, siyasətçilər və sair digər aktorlar da öz fəaliyyətlərini bu prosesə uyğunlaşdırırlar. Nəzərə alaq ki, Donald Tramp keçən dəfə, yəni 2020-ci il seçkilərində uduzmasının əsas səbəbləri sırasında “texnologiya nəhəngləri”nin ona qarşı ədalətsiz davranışlarını da göstərdi. O, bir sıra sosial şəbəkə platformaları tərəfindən bloka salındı. Məcburiyyət qarşısında qalıb özünün yeni şəbəkə platformasını yaratdı.
Diqqət yetirsək görərik ki, indi təkcə Donald Tramp və ya ABŞ dövləti deyil, əksər ölkələr sosial şəbəkələrlə, “texnologiya nəhəngləri” ilə işlərini qaydaya salmaq üçün fəaliyyətlər həyata keçirirlər. Çin, Almaniya, Fransa, Rusiya, Türkiyə və çoxsaylı dövlətlər bu yöndə müəyyən modellər tətbiq ediblər və nümunələr yaradıblar. Bu, çoxvektorlu bir fəaliyyətdir: yeni media alətlərinə əsaslanan informasiya-kommunikasiya işinin tətbiqi üçün qanunvericilik bazasının formalaşdırılmasından başlamış, sahə üzrə ixtisaslaşmış qurumların yaradılmasına, boyük investisiyaların yatırılmasına, digər müvafiq işlərin qurulmasına qədər böyük bir proqramı əhatə edir”.
M.Ələsgərli deyib ki, Azərbaycanda da bu sahədə fəaliyyətlər başlanıb:
“Bircə faktı qeyd edək, Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan azsaylı dövlətlər sırasındadır. Modern informasiya -kommunikasiya tətbiqləri sahəsində digər uğurlarımız da mövcuddur. Tendensiya onu göstərir ki, dövlətimiz və dövlət başçımız Azərbaycanda son yeniliklərə uyğun informasiya kommunikasiya işinin qurulub tamamlanması üçün kompleks tədbirlər həyata keçirirlər. Öz növbəmizdə bu prosesin uğurla tamamlanmasını arzulayırıq”.
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətində hazırlanıb.
Leyla Turan
Demokrat.az

 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Fevral 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see192

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see191

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see162

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see141

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri