Icma.az
close
up
RU
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub

Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sofiya, 18 iyun, AZƏRTAC

Azərbaycanın Bolqarıstandakı səfirliyi 18 iyun – Dayanıqlı Qastronomiya Günü münasibətilə xüsusi tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan və Bolqarıstandan dövlət rəsmiləri, merlər, kənd təsərrüfatı, turizm, ətraf mühit, qonaqpərvərlik və qastronomiya sahələrinin nümayəndələri, akademik dairələrin və media qurumlarının təmsilçiləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbiri açan Azərbaycanın Bolqarıstandakı səfiri Elmar Məmmədov ölkəmizin kulinariya ənənələri, mədəni irsi və dayanıqlı inkişaf arasında mövcud olan dərin bağlılıqdan danışıb. O bildirib ki, Azərbaycanın zəngin mətbəx irsi insan, mədəniyyət və təbii mühit arasında harmoniyanı əks etdirən dəyərlərə əsaslanır. Səfir qeyd edib ki, Azərbaycan mətbəxində təbiətə hörmət, mövsümi məhsullardan istifadə, biomüxtəlifliyin qorunması və təbii ehtiyatlardan məsuliyyətlə yararlanmaq kimi prinsiplər əsrlər boyu yaşadılıb.

Elmar Məmmədov vurğulayıb ki, Azərbaycan lavaşı, təndirdə çörəkbişirmə ənənəsi, dolma, çay mədəniyyəti və Nar bayramı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu nümunələr milli kulinariya mədəniyyətinin yerli məhsullara, ənənəvi biliklərə və dayanıqlı istehlak prinsiplərinə əsaslandığını nümayiş etdirir.

Səfir, həmçinin dayanıqlı qastronomiyanın Azərbaycanın COP29 Sədrliyi çərçivəsində irəli sürdüyü COP29 Fermerlər üçün Harmoniya İqlim Təşəbbüsünün məqsədləri ilə uzlaşdığını qeyd edib. O, BMT-nin 2026-cı ili Beynəlxalq Qadın Fermerlər İli elan etməsinin əhəmiyyətini vurğulayaraq qadınların kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə töhfəsini xüsusi qeyd edib.

Tədbirdə Plovdiv Qida Texnologiyaları Universitetinin professoru Hafizə Fidan dayanıqlı qida istehsalı və istehlakına dair müasir yanaşmalar barədə məlumat verib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəhbər orqanlar üzrə mütəxəssisi Şahnur Şahinzadə COP29 Fermerlər üçün Harmoniya İqlim Təşəbbüsü çərçivəsində görülən işlərdən danışıb. Dövlət Turizm Agentliyinin Qastronomiya şöbəsinin müdiri Səkinə Əsgərova isə Azərbaycanın zəngin kulinariya irsini və onun dayanıqlı turizmin inkişafındakı rolunu təqdim edib.

Müzakirələrdən sonra qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub. Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska iştirakçılara Azərbaycan mətbəxinin tarixi və xüsusiyyətləri barədə ətraflı məlumat verib.

Qonaqlar şah plov, yarpaq dolması, göyərti və ətli qutab, manqal salatı, doğramaç, Bakı və Şəki paxlavası, Naxçıvan sucuğu, Gəncə şokoladları və şəkərbura kimi ənənəvi Azərbaycan təamlarını dadıblar.

Tədbirdə vurğulanıb ki, qastronomiya yalnız mədəni irsin mühüm hissəsi deyil, həm də dayanıqlı ərzaq sistemlərinin inkişafı, yerli icmaların dəstəklənməsi və məsuliyyətli istehlakın təşviqi baxımından əhəmiyyətli vasitədir. Bununla yanaşı, qastronomiyanın mədəni diplomatiyanın inkişafına və Azərbaycan ilə Bolqarıstan xalqları arasında əlaqələrin möhkəmlənməsinə töhfəsi qeyd olunub.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2026 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri