Azərbaycanka Rusıya arasında bitkiçilik məhsullarının idxalixracı ilə bağlı məsələlər müzakirə edilib AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında onlayn görüş olub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə iki ölkə arasında bitkiçilik məhsullarının, o cümlədən kartofun idxal-ixracı ilə bağlı məsələlər müzakirə edilib.
Rusiyadan ölkəmizə kartof idxalı zamanı fitosanitar sertifikatların saxtalaşdırılması hallarının aşkarlandığı və həmin hallara qarşı qanunvericiliyin tələblərinə uyğun mübarizə tədbirlərinin görüldüyü vurğulanıb. Eyni zamanda, ölkəmizə gətirilən kartofun tələblərə tam cavab verməsinin təmin edilməsi istiqamətində müvafiq işlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 25 Dekabr 2024 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















