Azərbaycanla Çin arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlıq istiqamətləri müzakirə olunub
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 9 sentyabr, AZƏRTAC
Asiya Ombudsman Assosiasiyasının vitse-prezidenti qismində təşkilatın illik toplantılarında iştirak etmək məqsədilə Çində rəsmi səfərdə olan ombudsman Səbinə Əliyeva Çin Xalq Respublikası Milli Nəzarət Komissiyasının dəvəti əsasında həmin qurumun rəhbərliyi ilə görüşüb.
Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, Çin Xalq Respublikasının Mərkəzi Təftiş Komissiyası və Milli Nəzarət Komissiyasının sədr müavini Liu Xuexin, Daimi Komitənin üzvü Mu Hongyu və Komissiyanın rəhbər şəxslərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Çin arasında mövcud strateji əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilib və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu bildirilib.
Görüşdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyət və əldə olunan müsbət təcrübələr haqqında geniş məlumat verilib, birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub. İkitərəfli və çoxtərəfli platformalarda geniş əməkdaşlıq imkanlarının olduğunu bildirən ombudsman Səbinə Əliyeva iki qurum arasında mövcud dialoqun institutlararası əlaqələrin daha da inkişafına xidmət edəcəyini, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin, birgə maarifləndirmə tədbirlərinin insan hüquqlarının daha səmərəli müdafiəsinə mühüm töhfələr verəcəyini vurğulayıb.
Görüşdə, həmçinin Asiya Ombudsman Assosiasiyası çərçivəsində regional əməkdaşlığın gücləndirilməsinin, insan hüquqlarının müdafiəsi sahəsində müsbət təcrübə mübadiləsinin və birgə layihələrin həyata keçirilməsinin xüsusi önəm kəsb etdiyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 09 Sentyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















