Icma.az
close
up
RU
Azərbaycanla Gürcüstan arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub AZƏRTAC

Azərbaycanla Gürcüstan arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 noyabr, AZƏRTA.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan və Gürcüstanın səhiyyə nazirləri görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın səhiyyə naziri Teymur Musayev Azərbaycan və gürcü xalqları arasında mövcud olan tarixi və mədəni əlaqələrin iki ölkə arasında münasibətlərin əsasını təşkil etdiyini vurğulayıb. Nazirin sözlərinə görə, ölkələrimizin ənənəvi dostluq münasibətləri əsrlərə söykənir. T.Musayev yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Həmçinin, Azərbaycanla Gürcüstan arasında səhiyyə sahəsində də ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğu vurğulanıb. Nazirin sözlərinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur.

COP29-da müzakirə olunan məsələlərin əhəmiyyətini və aktuallığını vurğulayan T.Musayev qlobal səhiyyə ictimaiyyəti iqlim dəyişikliyinin təsirlərinə cavab və qlobal sağlamlıq təhlükəsizliyinin yaxşılaşdırılmasına töhfə verməkdə mühüm rolunu qeyd edib. Azərbaycanın səhiyyə naziri ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Gürcüstanın işğal olunmuş ərazilərdən məcburi köçkün düşənlərlə iş, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcveladze dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin mövcudluğunu qeyd edib. Mixeil Sarcveladze BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıraraq, COP29 gündəliyinin formalaşmasında Azərbaycanın xüsusi rolunu vurğulayıb. Həmçinin, Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında da maraq qeyd olunub.

Görüşdə səhiyyə sahəsində ixtisaslı kadrların hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see344

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see169

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see138

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see138

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see135

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see131

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see129

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see128

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see126

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see125

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see125

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see122

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see120

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see120

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see118

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see118

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see116

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see115

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see115

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri