Azərbaycanla dəmir yolunu açacağıq Paşinyan
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyur.
Modern.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistan Baş naziri Nikol Paşinyan sahibkarlarla görüşdə deyib.
O bildirib ki, bu, Ermənistanla Azərbaycan arasında bərqərar olan sülhlə əlaqələndirilir.
Paşinyanın sözlərinə görə, yaxın gələcəkdə mühüm hadisələr gözləyirlər və bu da əsasən TRIPP layihəsinin başlanması ilə bağlıdır. O vurğulayıb ki, TRIPP nəticədə Ermənistanı blokadadan tam çıxarmaq baxımından vacibdir.
“Əslində, bu gün Ermənistan artıq blokadanı aşmış sayılır. Çünki bildiyiniz kimi, Azərbaycan ərazisindən Ermənistana dəmir yolu ilə yük daşımaları mümkündür və həyata keçirilir. Eyni zamanda, ixrac əlbəttə ki, Gürcüstan ərazisindən dəmir yolu ilə mümkündür. Azərbaycanla dəmir yolu isə ilkin olaraq TRIPP layihəsi çərçivəsində açılacaq. Bu, çox vacibdir və siyasi razılaşma ondan ibarətdir ki, bu dəmir yolu heç vaxt bağlanmayacaq. Yəni bu, həm idxal, həm də ixrac üçün etibarlı marşrutdur”, — Paşinyan əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 13 Aprel 2026 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















