Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu tarixdə baş tutacaq
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Son günlər Azərbaycanla Ermənistan sərhəddində nisbi sabitlik hökm sürür. Görünür, Nikol Paşinyan artan gərginlik fonunda orduda ciddi nəzarəti bərpa etməyə çalışır. Həmçinin Qazaxın üç kəndinin Azərbaycana qaytarılması istiqamətində müəyyən işlər həyata keçirilir".
Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, Ermənistanda müxalifət ciddi şəkildə seçkilərə hazırlıq prosesindədir:
"Parlamentdə müxalifət Paşinyanın üzərinə açıq şəkildə gedir. Paşinyan orduda keçmiş Qarabağ klanın mövqeyinin qaldığından seçki öncəsi ordudan müxalifətin istifadə edəcəyindən narahatdır. Ona görə də çalışır ki, ordu üzərində ciddi nəzarəti bərpa etsin. Paşinyan seçki öncəsi çalışacaq ki, Azərbaycanla sərhəddə atəşkəsə əməl etsin. Amma, ordu daxilində təxribatçı qruplar atəşkəsi pozması mümkündür.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması seçkilərdən sonra baş tutacaq. Seçkilərdən sonra Ermənistan referenduma gedib, Konustitusiyanı dəyişməsi mümkündür. Təbii ki, Ermənistanda növündənkənar seçkilərdə mümkündür. Çünki, seçkilərin keçirilməsinə kimi müxalifət ciddi şəkildə toparlanmağa çalışır. Müxalifətin güclənməsinin qarşısını almaq üçün Paşinyan növbədənkənar seçkiyə gedə bilər".
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 08 May 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















