Azərbaycanla İran arasında regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 23 sentyabr, AZƏRTAC
İranda səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani ilə görüşüb.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, Baş nazirin müavini Şahin Mustafayev Ali Şuranın yeni katibini təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin, o cümlədən Azərbaycanla İran arasında həyata keçirilən Araz dəhlizinin, eləcə də digər müştərək layihələrin əhəmiyyəti vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 23 Sentyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















