Icma.az
close
up
RU
Keniyada Azərbaycanın məhkəmə təcrübəsi ətrafında fikir mübadiləsi aparılıb

Keniyada Azərbaycanın məhkəmə təcrübəsi ətrafında fikir mübadiləsi aparılıb

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Azərbaycan Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Keniya Respublikası Ali Məhkəməsinin sədri Marta Koomenin dəvəti ilə 2025-ci il fevralın 3-dən 5-dək bu ölkədə rəsmi səfərdə olub.

"Report" xəbər verir ki, səfərin ilk günü Keniya Ali Məhkəməsində görüş keçirən nümayəndə heyəti ölkəmizdə məhkəmə sahəsində aparılan islahatlar barədə ətraflı məlumat verib.

Azərbaycan məhkəmə sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, ədalət mühakiməsinə əlçatanlığın artırılması və vahid məhkəmə təcrübəsinin genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. Qeyd edilib ki, hazırda məhkəmələrdə xidmətlərin elektronlaşdırılması sahəsində mütəmadi tədbirlər həyata keçirilir, eləcə də süni intellektin tətbiqi istiqamətində işlər gücləndirilir.

Görüşdə həmçinin Azərbaycan Ali Məhkəməsinin təşəbbüsü ilə “Elektron məhkəmə” informasiya sisteminin təkmilləşdirilməsi çərçivəsində görülən işlərlə bağlı geniş təqdimat keçirilib. Ölkəmizin məhkəmə təcrübəsi ətrafında fikir mübadiləsi aparılıb.

Marta Koomenin isə öz növbəsində Keniya məhkəmə sisteminin fəaliyyəti, rəqəmsallaşma, proseslərin təşkilində informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə məlumat verib. İki ölkənin məhkəmə sistemi arasında qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Səfər zamanı nümayəndə heyəti Keniyanın əsas məhkəmə institutlarına, o cümlədən Milimani Məhkəmələr Kompleksindəki Milli Transkripsiya Mərkəzi və İnzibati Məhkəmə Xidmətləri Mərkəzinə baş çəkib. Həmçinin Transsərhəd və Terrorla Mübarizə sahəsində ixtisaslaşmış Kahava Məhkəməsi ziyarət olunub, Keniya Vəkillər Kollegiyasının rəhbər şəxsləri ilə görüş keçirilib. Məhkəmə-hüquq sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Nümayəndə heyəti Azərbaycanın Nayrobidəki səfirliyini də ziyarət edib.

Qeyd edək ki, görüşlərdə Azərbaycanın Keniyadakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev də iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://report.az
archiveBu xəbər 05 Fevral 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri