Sumqayıtda cüdo üzrə “İstedadların seçimi” turnirinin I turu keçiriləcək
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Fevralın 7-8-də Sumqayıt Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında “İstedadların seçimi” turnirinin I turu keçiriləcək.
İdman.Biz xəbər verir ki, yarışda 73 klub və idman cəmiyyətindən olan 346 idmançı (300 oğlan, 46 qız) ümumilikdə 14 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
“İstedadların seçimi” turnirinin keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır.
Qeyd edək ki, 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar "Gələcəyin ümidləri" təlim proqramına cəlb olunacaqlar.
Bu mövzuda digər xəbərlər:Cüdo üzrə “İstedadların seçimi” turnirinin I turu start götürüb
07 Fevral 2026 20:20
Cüdo üzrə yeniyetmələr arasında İstedadların seçimi yarışının II turu keçiriləcək
11 Mart 2026 19:10
17 yaşadək cüdoçular arasında İstedadların seçimi turnirinin I turu başa çatdı
08 Fevral 2026 22:12
Yeniyetmələr arasında cüdo üzrə İstedadların seçimi turnirinin II turunun mükafatçıları müəyyənləşib
14 Mart 2026 19:41
Cüdo üzrə “İstedadların seçimi” yarışının birinci turu başa çatıb FOTO
15 Fevral 2026 18:34
Baxış sayı:140
Bu xəbər 03 Fevral 2026 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















