Icma.az
close
up
RU
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ətraf mühitlə bağlı əməkdaşlıq imkanları müzakirə olunub AZƏRTAC

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ətraf mühitlə bağlı əməkdaşlıq imkanları müzakirə olunub AZƏRTAC

Qahirə, 3 dekabr, AZƏRTAC

Noyabrın 3-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər üzrə dövlət naziri, Nazirlər Kabinetinin üzvü və iqlim məsələləri üzrə nümayəndə Adil bin Əhməd Əl-Cubeyr ər-Riyadda Səhralaşma ilə Mübarizə üzrə BMT Konvensiyasının Tərəflər Konfransı (COP16) çərçivəsində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29 Prezidenti Muxtar Babayevlə görüşüb.

AZƏRTAC Səudiyyə Ərəbistanının SPA agentliyinə istinadla xəbər verir ki, görüş zamanı iki ölkə arasında ətraf mühit, iqlim və torpaq deqradasiyası sahələrində əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub, həmçinin konfransın gündəliyindəki əsas mövzular haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev də iştirak edib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri