Icma.az
close
up
RU
Azərbaycanla sülh balanslı siyasət sayəsində mümkün olub Paşinyan

Azərbaycanla sülh balanslı siyasət sayəsində mümkün olub Paşinyan

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin xarici siyasəti və regionda sülh prosesi ilə bağlı açıqlamalar verib.

Redaktor.az xəbər verir ki, Nikol Paşinyan hakim Vətəndaş Müqaviləsi Partiyasının seçki proqramının təqdimatı zamanı bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh prosesi balanslaşdırılmış xarici siyasət nəticəsində başlayıb.

Baş nazir qeyd edib ki, balanslı və tarazlaşdırıcı xarici siyasət öz effektivliyini sübut edib və ölkənin xarici mühitinin sabitləşməsinə imkan yaradıb. Onun sözlərinə görə, bu strategiya xarici münasibətlərdə disbalansın qarşısını almağa xidmət edir.

Paşinyan vurğulayıb ki, regionlaşma bu siyasətdə əsas rol oynayır və məqsəd Ermənistanın xarici dəstək olmadan öz mühitində daha dayanıqlı şəkildə fəaliyyət göstərməsidir. O, Gürcüstan, İran, Türkiyə və Azərbaycanla münasibətlərin inkişafının xüsusi əhəmiyyət daşıdığını bildirib.

Baş nazir əlavə edib ki, nəqliyyat infrastrukturunun açılması, o cümlədən Gümrü-Qars dəmir yolunun istifadəsi regionda əməkdaşlığı gücləndirə bilər və bölgəni mühüm tranzit mərkəzinə çevirər.

Paşinyan həmçinin “3+3” regional əməkdaşlıq formatının inkişafına önəm verdiklərini və Rusiyanın bu platformada iştirakının Ermənistan-Rusiya münasibətlərinin transformasiyası baxımından vacib olduğunu qeyd edib.

O bildirib ki, Ermənistan Orta Asiya və Yaxın Şərq ölkələri, eləcə də Hindistanla əlaqələrin genişləndirilməsini nəzərdə tutan yeni “Regionallaşma 2” konsepsiyasını qəbul edib. Bu çərçivədə Səudiyyə Ərəbistanı və Pakistanla diplomatik münasibətlərin qurulduğunu xatırladıb.

Baş nazir çıxışında ABŞ, Çin, Böyük Britaniya, Almaniya və digər ölkələrlə əməkdaşlığın inkişaf etdirildiyini də diqqətə çatdırıb.

Paşinyan qeyd edib ki, sülhə nail olunmasında əsas dönüş nöqtəsi Azərbaycan və Türkiyə ilə birbaşa dialoqa üstünlük verilməsi olub. Onun sözlərinə görə, əvvəllər üçüncü tərəflər vasitəsilə aparılan danışıqlar mesajların təhrif olunmasına səbəb olurdu.

Baş nazir əlavə edib ki, bəzi müxalif qüvvələr onu Azərbaycan və Türkiyəyə yaxın mövqe tutmaqda ittiham etsə də, birbaşa ünsiyyətin daha effektiv və düzgün nəticələr verdiyini bildirib.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Aprel 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see292

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see284

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see283

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see268

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see265

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see260

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see259

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see239

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see230

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see221

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see212

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see209

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see209

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see208

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see208

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see206

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see203

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see198

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see194

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri