Azərbaycanla tarixi uğura imza atdıq Kobaxidze
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gürcüstan tranzit funksiyasının inkişafına və kommunikasiya baxımından öz imkanlarının genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Bu nöqteyi-nəzərdən Gürcüstan, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq xüsusi önəm daşıyır.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
Baş nazirin sözlərinə görə, bu gün açılışı olan Bakı-Tiflis-Qars dəmir yolu tarixi layihədir, Gürcüstan, Azərbaycan və Türkiyə arasında uğurlu əməkdaşlığın ən yaxşı ifadəsidir.
“Çox vacib bir gündür, tarixi layihənin açılışını etdik, bu, tarixi Bakı-Tiflis-Qars layihəsidir. Bildiyiniz kimi, Gürcüstan tranzit funksiyasının və kommunikasiya baxımından imkanlarımızın inkişafına xüsusi əhəmiyyət verir. Əlbəttə, bu baxımdan Gürcüstan, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu layihə həm də dost ölkələrlə nə qədər sıx əməkdaşlıq etdiyimizin ən yaxşı ifadəsidir. Bu əməkdaşlıq daha da inkişaf etdirilməlidir. Bu gün uğurlu əməkdaşlığımızın ən yaxşı ifadəsidir”, - İrakli Kobaxidze vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 02 İyun 2026 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















