Azərbaycanlı ailəyə AĞIR İTTİHAM: 13 nəfəri istismar ediblər
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyada azərbaycanlılara qarşı daha bir ittiham irəli sürülüb. Belə ki, azərbaycanlı ata, onun qardaşı və oğlu 13 nəfəri məcburi əməyə cəlb etməkdə ittiham olunurlar.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, Novokuznetsk şəhərində məcburi əməyə cəlb edilən daha dörd nəfər müəyyən edilib.
Bununla da zərərçəkənlərin sayı doqquzdan on üçə yüksəlib. İddialara görə, onlara qarşı törədilən cinayət 2012-ci ildən 2025-ci ilə qədər davam edib. İttihamlara əsasən, azərbaycanlı ailə onları metal toplamağa məcbur ediblər.
İş bir qadının Sosnovskaya küçəsində yerləşən qarajda bir qrup insanın zorla saxlanılması barədə şikayət verməsi ilə başlayıb. Əməliyyat zamanı əvvəlcə 8 nəfər xilas edilib, onların əksəriyyəti evsizlər olub. Zərərçəkənlər qaçmağa cəhd etdiklərinə görə cəzalandırıldıqlarını bildiriblər.
Rusiya hüquq-mühafizə orqanları onların girov kimi saxlanılmasında Azərbaycan əsilli ata, qardaşı və oğlunu ittiham edib. Onlar həbs olunublar.
Qeyd olunur ki, ailə başçısı özünü təqsirli saymır. İstintaq həmçinin şübhəlilərin “Bozqurdlar” təşkilatı ilə əlaqəsini müəyyən edib.
13 zərərçəkmişin olduğu cinayət işi məhkəməyə göndərilməyə hazırlanır. Şübhəlilər həbsdə saxlanılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 17 Aprel 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















