Azərbaycanlı alim Beynəlxalq Konfutsiçilik Assosiasiyasının 7ci Şurasının üzvü seçilib
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pekində Çin filosofu Konfutsinin anadan olmasının 2575 illiyinə həsr edilmiş beynəlxalq konfrans və Beynəlxalq Konfutsiçilik Assosiasiyasının (BKA) 7-ci qurultayı keçirilib.
Konfransa 110 ölkədən 800-ə yaxın sinoloq-alim qatılıb. Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müdiri, Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev Beynəlxalq Konfutsiçilik Assosiasiyasının 7-ci Şurasının ilk azərbaycanlı üzvü seçilib.
Qeyd edək ki, 1994-cü ildə yaradılan BKA özündə dünyanın 80 ölkəsindən filosofları, dilçiləri, tərcüməçiləri və ədəbiyyatşünasları birləşdirir.
Bu mövzuda digər xəbərlər:Beynəlxalq Konfutsiçilik Assosiasiyasının ilk azərbaycanlı üzvü
19 Noyabr 2024 13:58
ADNSU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının tamhüquqlu üzvü seçilib
07 Noyabr 2024 22:45
Azərbaycanlı alim Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü seçilib
20 Noyabr 2024 10:50
İmişli Avropa Klublar Assosiasiyasının üzvü olub
12 Avqust 2025 13:12
Beynəlxalq Boks Assosiasiyasının keçmiş nümayəndəsi Azərbaycana gəlib
12 Dekabr 2024 19:53
Baxış sayı:73
Bu xəbər 18 Noyabr 2024 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















