Azərbaycanlı alimlər bu imtahandan keçə bilmirlər, yerlər boş qalıb Sayalı Sadıqova
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
"Nəsimi adına Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb".
Redaktor.az xəbər verir ki, bynu Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimatında deyib.
O qeyd edib ki, doktoranturaya qəbul zamanı ingilis dili imtahanları İELTS səviyyəsində təşkil edildiyinə görə, azərbaycanlı alimlər bu imtahandan keçə bilmirlər və nəticədə, dörd ildir ki, yerlər boş qalıb.
DİM sədri Məleykə Abbaszadə isə onun bu iradına cavab olaraq bildirib ki, həmin imtahanlarda ingilis dili B2 səviyyəsində tələb olunur.
Sayalı Sadıqova sonda Azərbaycan dilində tədqiqat aparan folklorşünas, dilçi alimin ingilis dilini bu səviyyədə bilməsinə ehtiyac olmadığını deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 17 Mart 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















