Cəbrayıl sakini: Uzun ayrılıqdan sonra elimizə, obamıza qayıtmaq bizim üçün sevincdir
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 24 dekabr, AZƏRTAC
Bu uzun ayrılıqdan sonra öz elimizə, obamıza qayıtmaq bizim üçün sevincdir. Arzum budur ki, vaxtilə necə yaşamışdımsa, yenə o cür yaşaya bilim.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Asif Əhmədov deyib.
Uzun zamandan - 32 illik ayrılıqdan sonra yenidən ana yurduna qayıtmağın böyük xoşbəxtlik olduğunu qeyd edən A.Əhmədov deyib: "Təəssüf ki, bizə o həyatı yaşamağa imkan vermədilər, yurdumuzdan didərgin salındıq. Amma bu gün artıq doğma kəndlərimiz yenidən qurulur, abadlaşdırılır və həyat geri qayıdır. Biz də öz töhfəmizi verəcəyik inşallah".
O, həmçinin Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib, torpaqlarımızı işğaldan azad edən Ordumuza minnətdarlığını bildirərək, şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 24 Dekabr 2025 08:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















