Icma.az
close
up
RU
Azərbaycanlı biznesmen Rusiyada öldürülüb: Xanadanovun meyiti Ural dağlarında tapılıb

Azərbaycanlı biznesmen Rusiyada öldürülüb: Xanadanovun meyiti Ural dağlarında tapılıb

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

"Onu öldürməyə əsas verəcək heç kimlə münaqişəsi yox idi. Heç kimə borcu yoxdur, amma borca pul verdiyi dostları var”

İtkin düşmüş şəxs İlqar Xanadanov Rusiyanın Sverdlovsk vilayətində ölü tapılıb. 49 yaşlı Azərbaycan əsilli iş adamı oktyabrın 24-də Zareçnıda yoxa çıxıb. Beş günlük axtarışdan sonra ailəsinə cəsədinin tapıldığı bildirilib.

"Həyat yoldaşım oktyabrın 29-da ölü tapılıb. Müstəntiqlər dünən gecəyə qədər işləyiblər, ona görə də yalnız bu gün vəziyyəti öyrənəcəyik. Lakin onlar artıq bunun qətl olduğunu təsdiqləyiblər və iş araşdırılır. Vida mərasimi Zareçnıda keçiriləcək, bundan sonra meyit Azərbaycana aparılacaq və orada ailə üzvlərinin yanında dəfn olunacaq", - deyə iş adamının həyat yoldaşı Tatyana “e1.ru”ya bildirib.

“LizaAlert” axtarış qrupu itkin düşmüş şəxsin Ural dağlarında, meşəlikdə ölü tapıldığını təsdiqləyib.

Xanadanov qəribə şəraitdə yoxa çıxıb. Həmin axşam o Mezenskaya kəndindən evə qayıdarkən dostugilə qonaq gedirmiş. Yolda kimsə iş adamına zəng edib. Bundan sonra İlqar dostugilə getməmək qərarı verib. Dostunu isə həyat yoldaşı avtomobillə aparıb. İş adamı yolda tək qalıb, o vaxtdan bəri ondan xəbər olmayıb.

İş adamı evinə qayıtmadığı üçün ailəsi narahat olub və axtarışlara başlayıb. Onu keçdiyi yol boyunca tapmağa çalışıblar, lakin axtarış nəticə verməyib. Ailə polisə müraciət edib. Oktyabrın  26-da isə Xanadanovun ağ “Mercedess” markalı avtomobili içərisində qan izləri ilə meşədə açkarlanıb. Avtomobilin açarları maşında olub, lakin şəxsiyyət vəsiqəsi və mobil telefonu tapılmayıb. Axtarış nəticəsində polis tərəfindən iş adamının yaxınlarına onun ölmüş olduğu bildirilib.

"Onu öldürməyə əsas verəcək heç kimlə münaqişəsi yox idi. Heç kimə borcu yoxdur, amma borca pul verdiyi dostları var. Biznesini heç kimlə bölüşmürdü. Qardaşım şəhərimizdə hörmətli bir şəxsdir. O insanlara kömək edirdi, problemləri həll edirdi. O özünəinamlı, fiziki cəhətdən çox sağlam bir insan idi. Əgər kimsə ona hücum etsəydi, hətta eyni anda iki nəfərə qarşı belə müqavimət göstərə bilərdi”, - deyə Xanadanovun qardaşı deyib.

Onun fikrincə, biznesmen görüşdüyü şəxsi və ya şəxsləri tanıyııb və etibar edib: “Və görünür, həmin adamın ona qarşı nəsə edəcəyini təsəvvür etməyib. İlqar çox düşüncəli adam idi, o meşədə tanımadığı adamla görüşməyə getməzdi. Kimsə onunla görüşmək istəsə, həmişə kafedə, ticarət mərkəzində və ya ictimai bir yerdə görüşürdü. Bu o deməkdir ki, zəng edən şəxs yaxşı tanıdığı biri olub və ya ona hücum zənglə tamamilə əlaqəsiz olub".

Qeyd edilib ki, İ.Xanadanov Zareçnıda “fast food” restoranına sahib olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://ayna.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see520

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see241

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see234

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see232

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see219

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see217

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see217

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see206

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see198

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see196

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see191

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see189

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see187

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see167

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see163

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see162

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see161

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see160

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri