Azərbaycanlı deputatlar Belarusda prezident seçkilərini izləyəcəklər
Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.
Milli Məclisin bir qrup deputatı Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün yanvarın 24-də bu ölkənin Minsk şəhərinə səfər edəcəklər.
Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində Milli Məclisin sədr müavini Musa Qasımlı, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə və deputat Bəhruz Məhərrəmov ikitərəfli əsasda, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin, deputatlar Xanlar Fətiyev və Sabir Hacıyev isə MDB Parlament Assambleyasının xətti ilə Belarusda yanvarın 26-da keçiriləcək prezident seçkilərinə hazırlıqla tanış olacaq, seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.
Səfər yanvarın 27-də başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 23 Yanvar 2025 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















