Icma.az
close
up
RU
Azərbaycanlı döyüşçü rinqə çıxır Fiziyev Sidneydə “Ataman”lığını götrəcək

Azərbaycanlı döyüşçü rinqə çıxır Fiziyev Sidneydə “Ataman”lığını götrəcək

Icma.az bildirir, Bakupost portalına istinadən.


Rafael Fiziyev (Ataman) sabah (yanvar 31-də) Sidneydə (Avstraliya) keçiriləcək UFC-325 (Ultimate Fighting Championship) turnirinin əsas döyüşündə braziliyalı Maurisio Raffi ilə üz-üzə gələcək.
Bakupost.az xəbər verir ki, Azərbaycanı təmsil edən təcrübəli döyüşçü reytinqdə mövqeyini möhkəmləndirmək, son məğlubiyyətdən sonra gündəmə gələn Raffi isə karyerasında yeni səhifə açmaq niyyətindədir. Bu qarşılaşma yüngül çəkidə nəsillərin və üslubların toqquşması kimi qiymətləndirilir.

Döyüşöncəsi mənzərə: təcrübə yoxsa xam potensial?

Bukmeker əmsallarının demək olar ki, bərabər olması bazardakı qeyri-müəyyənliyi açıq göstərir. Ataman elit səviyyəli rəqiblərə qarşı böyük təcrübəyə malikdir, Raffi isə partlayıcı atletizmi və viral nokautları ilə tanınır. Əsas sual budur: yüksək səviyyəli “kilometraj” qalib gələcək, yoxsa xam güc və risk?

Əsas detal: güləş faktoru

Raffinin sentyabr ayında Benoit Sen-Deni (Benoît Saint-Denis) qarşısında yaşadığı məğlubiyyət ciddi boşluqları üzə çıxardı. Bir neçə dəfə də yıxılan braziliyalı müdafiə oluna bilmədi. Ən pisi isə onun yerdən qalxmaq üçün real taktikası yox idi. Fiziyev isə son iki döyüşündə güləşdə 100% effektivlik nümayiş etdirib: İqnacio Bahamondesə qarşı 4/4, Castin Qeyciyə qarşı isə 2/2 yıxma fəndi icra edib.
Döyüşçülərin təhlili

Yüksək səviyyəli muay-tay ustası olan azərbaycanlı idmançı karyerasının ən yetkin mərhələsinə daxil olur. İyun ayında Bahamondes üzərində qələbə onun yalnız zərbə vuran deyil, taktiki baxımdan da formalaşmış döyüşçü olduğunu sübut etdi.
Bundan əvvəl Castin Qeyci ilə keçirdiyi epik döyüş “Gecənin Döyüşü” bonusu qazandırdı. Ataman bu döyüşdə yüngül çəkinin elitasına aid olduğunu sübut etdi. 2023-cü ildə Mateuş Qamrota qarşı aldığı ağır diz zədəsi onu uzun müddət kənarda saxladı, lakin geri dönüş döyüşləri fiziki baxımdan problem olmadığını ortaya qoydu.
Ən önəmlisi isə arsenalına güləşi əlavə etməsidir. Fiziyev artıq anlayır ki, yalnız gözəl nokautlar deyil, stabil qələbələr də lazımdır.
Üstün cəhətləri:

Elit muay-tay: aşağı təpiklər, texniki boks
İnkişaf edən güləş: Son iki döyüşdə 100% uğur
Güclü müdafiə: Bahamondesin zərbə dəqiqliyini ciddi azaltdı
Elit rəqiblərə qarşı təcrübə
Ölçülü-templi döyüş üslubu
Maurisio Raffi – qolları uzundur, amma yerdən qalxa bilmir

Raffi Bobbi Qrin üzərində fırlanan daban zərbəsi ilə qazandığı nokautdan sonra sürətlə populyarlaşdı. Lakin Sen-Deni qarşısında bu üslub tamamilə dağıldı. Güləşdə aciz qalan braziliyalı ikinci raundda boğma fəndinə düşərək təslim oldu.
Raffinin əlləri Fiziyevə nisbətən daha uzundur, lakin Bahamondes də eyni üstünlüyə malik idi və bundan yararlana bilmədi. Əsas sual açıq qalır: Raffi bu müddətdə güləş müdafiəsini inkişaf etdirə bilibmi?
Üstün cəhətləri:
Atletizm və qeyri-adi nokautlar
Uzaq məsafədə təhlükəli zərbələr
Yüksək özünəinam
Gənclik və inkişaf potensialı
Ekspert rəyi və yekun proqnoz

Üslubların uyğunluğu Fiziyevin xeyrinə işləyir. Sen-Deninin açdığı boşluqlar braziliyalının oyununda hələ də aradan qalxmayıb. Fiziyev məsafəni bağlamağı, klinçə (MMA və boksda döyüşçülərin bir-birinə çox yaxın məsafədə təmasda olması) girməyi və vaxtında fənd atmağı çox yaxşı bacarır.
Ən real ssenari – Fiziyevin döyüşün erkən mərhələsində güləşi sınaqdan keçirməsi və yerüstü nəzarət hesabına döyüşü idarə etməsidir. Atamanın ən zəif tərəfi Raffinin ilk raundda ağır zərbə ilə hər şeyi dəyişməsi ola bilər. Bu risk mövcuddur, lakin qərarverici faktor döyüş intellektidir.
Bukmeykerlər döyüşün qalibi kimi ən böyük payı Rafael Fiziyevə verir (+180). Hazır oyun planı, funksional güləş və yüksək səviyyəli təcrübə buna əsas kimi göstərilir. Döyüşün 1,5 raunddan çox davam edəcəyi ehtimalı da çoxdur.
Fateh, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 Yanvar 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri