Sidneydə nokaut gecəsi: Fiziyev uduzdu, Volkanovski titulunu qorudu
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avstraliyanın Sidney şəhərində yarımyüngül çəki dərəcəsində titul döyüşünün əsas hadisə olduğu UFC 325 turniri keçirilib.
İdman.Biz xəbər verir ki, divizionun çempionu Aleksandr Volkanovski Dieqo Lopes üzərində hakimlərin yekdil qərarı ilə qalib gələrək kəmərini inamla qoruyub. Hakimlərin qərarı 49-46, 49-46 və 50-45 hesabları ilə Volkanovskinin xeyrinə olub.
Gecənin ikinci əsas döyüşlərində yüngül çəkidə Benua Sen-Deni Den Hukeri ikinci raundda texniki nokautla məğlub edib. Digər qarşılaşmada isə Maurisio Ruffi azərbaycanlı döyüşçü Rafael Fiziyevi eyni üsulla, ikinci raundda dayandırıb. Ağır çəkidə Tallison Teyşeyra Tay Tuivasaya qarşı hakimlərin yekdil qərarı ilə qalib gəlib.
Turnir çərçivəsində keçirilən digər döyüşlərdə Kuillan Salkilld Ceymi Mallarkini birinci raundda boğucu fəndlə məğlub edib. Billi Elekana Cuniour Tafu ilə döyüşü ikinci raundda boğucu fəndlə başa vurub. Kemeron Rouston Kodi Brandeici ikinci raundda texniki nokautla dayandırıb. Ceykob Malkun və Conatan Mikallef isə hakimlərin yekdil qərarı ilə qələbə qazanıblar.
Xüsusi diqqət “UFC-yə gedən yol” şousunun finallarına yönəlib. Yüngül çəkidə Dom Mar Fan Kim San Uku hakimlərin yekdil qərarı ilə qalib gəlib. Yarımyüngül çəkidə Keyitiro Nakamura Sebastian Szalay üzərində üçüncü raundda texniki nokautla qələbə qazanıb. Ən yüngül çəkidə isə Lourens Lui Sulanranqbo üzərində hakimlərin bölünmüş qərarı ilə üstün olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 01 Fevral 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















