Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Azərbaycanlı döyüşçü UFC nin əfsanəvi realiti şousuna qatılıb

Azərbaycanlı döyüşçü UFC nin əfsanəvi realiti şousuna qatılıb

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı UFC-nin ən məşhur layihələrindən biri olan “The Ultimate Fighter” realiti-şousunun 34-cü mövsümünün iştirakçısı olub. Bu layihə dünyanın ən güclü liqasına gedən yolu açan əsas platformalardan biri sayılır.

İdman.Biz xəbər verir ki, yeni mövsüm iyunun 14-də “Paramount+” platformasında start götürəcək. Komandaların məşqçiləri isə UFC-nin Şöhrət Zalının üzvləri Daniel Kormye və Maykl Bispinq olacaq.

Layihə çərçivəsində döyüşçülər turnir sistemi üzrə mübarizə apararaq UFC ilə müqavilə qazanmağa çalışacaqlar. Eyni zamanda onlar realiti-şou formatında birgə yaşayacaq və məşq edəcəklər. Mövsüm iki çəki dərəcəsində keçiriləcək: kişilər arasında 61,2 kq-a qədər (yüngül çəki) və qadınlar arasında 52,2 kq-a qədər (minimum çəki). Hər kateqoriyada qalib ayrıca müəyyənləşəcək və nəticədə iki döyüşçü UFC müqaviləsi əldə edəcək.

“The Ultimate Fighter” formatı illərdir dəyişməz qalır. İştirakçılar birlikdə yaşayır, məşq edir, tanınmış məşqçilərin rəhbərliyi altında hazırlaşır və məğlub olanın turniri tərk etdiyi sistem üzrə döyüşlər keçirirlər. Layihə yalnız idman şansı deyil, həm də geniş auditoriya və UFC matçmeykerləri qarşısında tanınmaq imkanı yaradır.

Bu realiti-şounun qalibləri arasında sonradan təşkilatın çempionlarına çevrilən döyüşçülər də olub. Onların sırasında Kamaru Usman və Toni Ferqyuson kimi məşhur adlar var.

Osmanlı üçün bu iştirak xüsusi əhəmiyyət daşıyır. “Sherdog”un məlumatına görə, o, yüngül çəkidə çıxış edir və müxtəlif bazalara əsasən 11-1 və ya 12-1 göstəricisinə malikdir. Azərbaycanlı döyüşçü “UAE Warriors” turnirlərində çıxış edərək regionun perspektivli idmançılarından biri kimi tanınıb.

Mövcud arxiv və əvvəlki mövsümlərin heyətlərinə əsasən demək olar ki, Məhəmmədəli Osmanlı “The Ultimate Fighter” tarixində iştirak edən ilk azərbaycanlı döyüşçüdür.

Yeni mövsümün tam iştirakçı siyahısı belədir:

Kişilər, 61,2 kq-a qədər:

Rodriqo Vera (Peru)

Abdul Hüseyn (Finlandiya)

Artem Belax (Qazaxıstan)

Ksavyer Franklin (ABŞ)

Şon Mora (Kuba)

Kristian Stronq (ABŞ)

Marlon Cons (Böyük Britaniya)

Mikayas Urenya (Dominikan Respublikası)

İllimbek Akılbek uulu (Qırğızıstan)

Məhəmmədəli Osmanlı (Azərbaycan)

Qadınlar, 52,2 kq-a qədər:

Natalia Alves (Braziliya)

Melissa Amaya (ABŞ)

Valeska Maçado (Braziliya)

Cici Kanuto (Braziliya)

Anna Melisano (ABŞ)

MakKenzi Stiller (ABŞ)

Anita Kərim (Pakistan)

Delfin Benua (Fransa)

Xaylay Vuşamo (Çin)

Kamila Reynoso (Argentina)

Qeyd edək ki, bir müddət əvvəl Məhəmmədəli Osmanlının UFC ilə müqavilə imzalamaq üçün ABŞ-yə yollandığı barədə məlumat yayılmışdı. Lakin onun gələcək taleyi ilə bağlı detallı informasiya verilməmişdi. İndi isə aydın olub ki, o, məhz bu layihədə iştirak edəcək.

“The Ultimate Fighterdə” çıxış Osmanlı üçün real perspektivlər açır. Bu, təkcə UFC müqaviləsi qazanmaq deyil, həm də qlobal arenada özünü göstərmək, yüksək səviyyəli məşqçilərlə işləmək və həm idman, həm də psixoloji baxımdan ciddi sınaqdan keçmək imkanıdır.

Əgər azərbaycanlı döyüşçü turnirdə irəliləyə və hətta qalib ola bilsə, bu, son illərdə Azərbaycan MMA-sı üçün ən mühüm uğurlardan birinə çevrilə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 Aprel 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see434

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see327

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see325

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see304

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see298

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see284

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see282

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see272

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see253

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see237

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see232

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see215

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see214

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see205

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see199

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see191

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see191

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see186

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri